Modern.az

BQXK azərbaycanlı qadının Ermənistana keçdiyini TƏSDİQLƏDİ

BQXK azərbaycanlı qadının Ermənistana keçdiyini TƏSDİQLƏDİ

8 İyun 2016, 17:32

Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsi faktı təsdiqlənib.

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, bu gün təmsil etdiyi qurumun nümayəndələri iyunun 7-də beynəlxalq sərhədi keçərək Ermənistan ərazisinə daxil olan şəxsə baş çəkiblər.

 

İ. Hüseynova əlavə edib ki, BQXK-nin münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə, onların ailə üzvləri ilə əlaqə saxlamalarına yardımçı olma, onların saxlanma şəraitinin və onlarla rəftarı monitorinq etmək mandatı var.

 

BQXK tərəflərin müraciəti olduqda və şəxs özü arzusunu bildirdikdə təşkilat onun geri qaytarılmasında neytralı vasitəçi ola bilər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!