Modern.az

Hansı redaksiyalarda oruc tutan jurnalistlər var?..

Hansı redaksiyalarda oruc tutan jurnalistlər var?..

8 İyun 2016, 17:34

İyun ayının 7-dən Azərbaycanda müqəddəs Ramazan ayı başlayıb. Yəni artıq 2 gündür ki, inanclı insanlar oruc tuturlar. Oruc tutanlar arasında heç şübhəsiz jurnalistlər də az deyil. Maraqlıdır, redaksiyalarda kimlər oruc tutur, onlara hansısa güzəştlər edilrmi?


Modern.az-ın əməkdaşı bu sualla əlaqədar bəzi redaksiyalarla əlaqə saxlayıb.


APA-
nın baş direktoru Nurşən Quliyev bildirib ki, agentlikdə oruc tutanlar var , amma onlara hansısa xüsusi güzəştlər edilməyib:

“Bizdə oruc tutanlar var. Sayını dəqiq demək çətindir. Amma xeyli əməkdaş oruc tutur. Məsələn, mən oruc tutmuram. Hamı üçün iş adi qaydada davam edir. Orucluqla bağlı xüsusi güzəşt və şərait nəzərdə tutulmayıb”.

Report-un baş redaktoru Murad Əliyev deyib ki, orucluqla bağlı bir neçə əməkdaş məzuniyyətlərini məhz bu ayda götürüb:

“"Report" İnformasiya Agentliyində digər redaksiyalarda olduğu kimi, xeyli oruc tutan həmkarımız çalışır. Güzəştlərlə bağlı onu deyə bilərəm ki, oruc tutan şəxslərin özləri də razı olmurlar ki, onlara hansısa imtiyazlr tətbiq olunsun, əks halda iş prosesində ləngimələr yaranar.
Lakin məsələn, hər hansı tədbiri işıqlandırmaq üçün jurnalist göndərilirsə, həmin sahə üzrə yazan və oruc tutmayan digər şəxsi göndərə bilərik. Digər tərəfdən bir neçə əməkdaş məzuniyyətini məhz mübarək Ramazan ayında götürüb”.


Trend-
dən bildiriblər ki,onlarda da oruc tutanlar var, amma hansısa güzəştlər nəzərdə tutulmayıb.

Lent.az-ın redaktoru Səbuhi Məmmədli redaksiyada heç kimin oruc tutmadığını deyib. Redaktor deyib ki, oruc tutmaq onun da məqsədinə uyğun deyil:

“Redaksiyamızda heç kim oruc tutmur. Şəxsən özümə gələndə, mən heç vaxt oruc tutmamışam və bundan sonra da tutmaq fikrim yoxdur. Çünki həddən artıq siqaret çəkirəm. Bu vərdişi hələ də tərgidə bilmirəm. Hətta siqaret çəkməsəm belə, oruc tutmaq yenə də məqsədimə uyğun deyil”.

“Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli redaksiyadaoruc tutan əməkdaşlara güzəştlərin edildiyini bildirib:

Bir neçə nəfər oruc tutur. Əlbəttə, oruclu əməkdaşlara güzəştlər edilir, redaksiyada ümumiyyətlə ibadətlə məşğul olmaq üçün şərait mövcuddur . Oruc tutanlar Zahid Səfəroğlu, Vaqif Hüseyn, İlkin Muradovdur”.

Azvision.az-ın redakotru Anar Rüstəmov deyib ki, hazırda onlarda oruc tutan yoxdur, amma əməkdaşlar oruc tutmaqda tam azaddırlar və özü də yaxın günlərdə oruc tutacaq:

“Təəssüf ki, redaksiyamızda heç kim oruc tutmayıb. Əməkdaşlarımızdan bəziləri yaxın günlərdə oruc tutmağı planlaşdırır. Qismət olsa, mən də qarşıdakı günlərdə oruc tutacağam. Redaksiyamızda müqəddəs ayda oruc tutmaq istəyənlər üçün heç bir məhdudiyyət yoxdur. Əməkdaşlarımız tam azaddırlar”.

Gün.az-ın baş redaktoru Emil Quliyevhazırda onlarda oruc tutanın olmadığını bildirib. Amma oruc tutan olsa, güzəşt edəcəyini də əlavəedib:

Hazırda bizdə oruc tutan yoxdur. Əgər tutan olsa, lazım olan şərait yaradılacaq. Mən isə Allah qoysa, nəzərdə tutumuşam ki, Ramazan ayının son həftəsində oruc tutum”.

Qafqazinfo-nun redaktoru Günel Əbilova onların redaksiyasında heç kimin oruc tutmadığını bildirib:

“Bizim redaksiyada bu il oruc tutan yoxdur. Ona görə də xüsusi güzəşt-filan nəzərdə tutulmayıb. Adətən mən və başqa bir xanım həmkarım həmişə oruc tuturduq. Bu il ikimizin də səhhətində problem yaranıb. Ona görə oruc tutmuruq. Oruc tutanda da elə xüsusi güzəşt kiməsə edilməyib”

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi