Modern.az

Azərbaycanda prokurorları tənbeh növləri artırılır

Azərbaycanda prokurorları tənbeh növləri artırılır

8 İyun 2016, 17:49

Azərbaycanda prokurorluq işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qaydasında dəyişiklik edilir.

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, intizam xətası törədildiyi gündən üç il keçdikdə prokurorluq işçisinə intizam tənbehi verilə bilməz. Hazırda bu müddət bir ildir.

Təklif olunan daha bir dəyişikliyə görə intizam məsuliyyətinin növləri də artırılır. Belə ki, xidməti intizamı pozduğuna, vəzifələrini layiqincə yerinə yetirmədiyinə, həmçinin “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinə əməl etmədiyinə görə prokurorluq işçilərinə intizam tənbehləri tətbiq olunacaq.

Qanuna dəyişikliklər prokurorluq işçilərinin nizam-intizam tədbirlərinin gücləndirmək məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq təklif olunub.

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçiriləcək növbədənkənar plenar iclasına tövsiyə edilib.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi