Modern.az

Deputat Elmira Axundova ikinci köməkçi istəyir

Deputat Elmira Axundova ikinci köməkçi istəyir

Parlament

27 Oktyabr 2009, 13:50

Milli Məclisin payız sessiyasının oktyabrın 27-də keçirilən iclasında millət vəkili Elmira Axundova deputatlara ikinci köməkçinin ayrılması təklifilə çıxış edib.
Modern.az xəbər verir ki, E.Axundova deputatlar üçün ikinci köməkçinin çox vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, bir köməkçi ilə işləmək millət vəkillərinə bəzi çətinliklər yaradır. Elmira Axundova deyib ki, yerlərdə seçicilərlə görüşüb, onların problemlərilə maraqlanmaq, seçicilərdən daxil olan müraciətləri araşdırmaq onların hamısına cavab vermək, eyni zamanda qanunvericilik məsələlərilə məşğul olmaq deputata ikinci köməkçinin ayrılması məsələsini zəruri edib. Millət vəkili parlamentin rəhbərliyindən xahiş edib ki, onun irəli sürdüyü təklif Milli Məclisin payız sessiyasının iclasında müzakirəyə çıxarılsın və həll olunsun.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir