Modern.az

Prezident Eldar Quliyevə "Şərəf" ordeni verdi

Prezident Eldar Quliyevə "Şərəf" ordeni verdi

Mədəni̇yyət

14 Yanvar 2011, 19:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə kinorejissor Eldar Tofiq oğlu Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi barədə sərəncan imzalayıb.

Elfar Quliyev 7 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir