Modern.az

İkinci dəfə Publika.az-a qayıdan Elçın Əlibəyli: "Rəhbərlik çağırdı"

İkinci dəfə Publika.az-a qayıdan Elçın Əlibəyli: "Rəhbərlik çağırdı"

Media

10 İyun 2016, 12:59

Tanınmış jurnalist Elçin Əlibəyli yenidən Publika-az saytında işə başlayıb. O, saytda baş direktor vəzifəsindədir. Elçin Əlibəyli  Modern.az-ın suallarını cavablandırıb.

 

-Elçin müəllim, Publika.az saytında ikinci dəfə işə başlamağınız necə gerçəkləşdi?

 

-Təbii ki, saytın rəhbərliyi tərəfindən təklif gəldi. Mən də təklifi məmnuniyyətlə qəbul etdim.

 

-Bundan əvvəl ANS-də və Space televiziyalarında layihələrlə çıxış etmisiniz. Maraqlıdır, saytda nə kimi yeniliklər olacaq?

 

-Artıq saytda yeniliklər etməyə başlamışıq. Təbii ki, yeni layihələrimiz də olacaq. Bildiyiniz kimi, saytların çoxu qəzet xəbərçiliyi üzərində qurulub. Çalışacağıq ki, sayt bir portal kimi özünü doğrulda bilsin. Oxucu portala daxil olanda həm əylənsin, həm də informasiya əldə edə bilsin.

 

-Dünya təcrübəsindən yararlanmaq fikriniz varmı?

 

-Əlbəttə. Bunu da etməyə çalışacağıq ki, oxucu tam razı qalsın.

 

-Uzun illər televiziyada çalışan birisi kimi  saytda çalışmaq sizə asandır yoxsa, televiziyada?

 

-Deyə bilərəm ki, hər ikisində çalışmaq çox rahatdır.

 

-Portalda yeni imzalar görmək olacaqmı?

 

-Yeni imzalar da olacaq. Hətta əvvəlki layihələr var ki, onların da üzərində yenidən işləməyə başlayacağıq. Əsas odur ki, oxucuların zövqünü hərtərəfli oxşaya bilək. Əslində bir çox layihələrin gerçəkləşməsi üçün yeni ideyalar var.

 

Sadəcə, indi daha ətraflı danışmaq istəmirəm. Yaxın zaman ərzində həm sizlər, həm də oxucular yenilikləri görə biləcəksiniz.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür