Modern.az

İnternet saytlarının ünvanlarını digər əlifbalarla da yazmaq mümkün olacaq

İnternet saytlarının ünvanlarını digər əlifbalarla da yazmaq mümkün olacaq

27 Oktyabr 2009, 14:05

2010-cu ilin ortasına kimi internet-resursların sahibləri ünvanları təkcə latın deyil, digər əlifbalarla da yazmaq imkanı əldə edə bilər. Bu istiqamətdə yekun qərar bu günlərdə Cənubi Koreyada keçirilən ICANN-ın (Internet Corporation for Assigned Names and Numbers – Ad və nömrələrin verilməsi üzrə internet-korporasiya) beynəlxalq konfransının sonunda qəbul oluna bilər.
Qərarın qəbul olunduğu halda qeyri-latın domen adlarının alınmasına dair sifarişlərə artıq noyabr ayının 16-dan etibarən başlanacaq.

Modern.az BBC-yə istinadən xəbər verir ki, ICANN nümayəndələri hesab edirlər ki, yeni internet-ünvanları sisteminin tətbiqi qlobal şəbəkədə yarandığı andan bu günə kimi ən böyük dəyişiklik olacaq.   
Xatırladaq ki, 2008-ci ildən saytların adlarının tanınması və onların müvafiq İP-ünvana uyğun olaraq eyniləşdirilməsinə dair sistemin işlənib hazırlanması aparılır.
Tərtibatçılar qarşısında bu sistemə digər əlifbaların həriflərinin tanınması imkanının əlavə edilməsi məsələsi dururdu.
ICANN Direktorlar Şurasının başçısı Piter Denqeyt-Traşın sözlərinə görə, bu məsələ uğurla yerinə yetirilib.
Qeyd edək ki, bəzi ölkələrdə, xüsusən də Çin və Tailandda saytların adlarını artıq bu ölkələrin dövlət dilində yazmaq mümkündür, lakin bu işləmələr beynəlxalq səviyyədə tanınmır və bu cür üsulu hər kompüter qəbul etmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir