Modern.az

Qanun nəşriyyatının binasında axtarış aparılır

Qanun nəşriyyatının binasında axtarış aparılır

Aktual

11 İyun 2016, 20:32

Bakı şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı Qanun nəşriyyatının binasında axtarış aparır. Modern.az saytı xəbər verir ki, bu barədə nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə yazıb.

 

"Bakı şəhər Baş Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra Qanun nəşriyyatının binasına soxulublar. Deyirlər ki, burda bomba var. Əgər nəşriyyatdan silah və qanundan kənar nəsə tapılarsa, bilin ki, bu, Bakı şəhər Baş Polis İdarəsinin üzərindədir", - deyə Ş.Xuduoğlu vurğulayıb.

 

Qeyd edək ki, iş vaxtı bitdiyindən nəşriyyatda mühafizəçidən başqa heç kim yoxdur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır