Modern.az

Bakının qızılı "Galendewagen"ləri - Foto

Bakının qızılı "Galendewagen"ləri - Foto

12 İyun 2016, 00:40

Bir vaxtlar bu cür avtomobillər ərəb şeyxlərinin idarə edərkən maraqla qarşılanırdı. Hər kəs bu avtomobillərə həsəd aparırdı. Artıq Bakıda da qızılı rəngdə "Mercedes - Galendewagen" markalı avtomobil var.

 

Modern.az saytı avtosfer.az-a istinadən bildirir ki, həmin avtomobil bu gün Mətbuat prospektində - Azərbaycan Nəşriyyatının qarşısında görünüb. Avtomobilin qiyməti təxminən 300 min dollardır. Avtomobilin özü kimi nömrəsi də bahalı və diqqətçəkəndir. 90 KK 222 dövlət nömrə nişanlı bu avtomobilin biznesmenlərdən birinə məxsus olduğu və Bakıya yeni gətirildiyi bildirilir.

 

Bakıda həmin rəngdə avtomobillərdən daha biri isə 10 GC 11 nömrə nişanlı "Galendewagen"dir. Məlumata görə, bu avtomobillərdən birincisi əvvəllər ağ rəngdə, digəri isə qara rəngdə olub. Sonradan hər ikisi rəngi dəyişmək üçün avtomobilə vinil vurdurublar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir