Modern.az

15 yanvarın məşhurları….

15 yanvarın məşhurları….

İqtisadiyyat

15 Yanvar 2011, 16:46

15 yanvar da dünyada izi olan şəxslərlə xatırlanır.

Səhnədə ölən Molyer

15 yanvar 1622-ci ildə fransız yazıçısı Jan-Batist Molyer anadan olub. Böyük Fransa komediya yazarı olan Molyer fransız  və Qərbi Avropa ədəbiyyatında klassik komediya janrının banisi sayılır.
Fransız dramaturqu, aktyor, teatr xadimi Jan Batist Molyer 1622-ci ildə Parisdə saray xidmətçisi Jan Poklenin ailəsində doğulub. Gənc yaşlarında həyatını teatrla bağlayaraq 1643-cü ildə "Parlaq teatr" truppasını yaradıb. Lakin Parisdə müvəffəqiyyət qazanmayan truppa 12 il (1645-1658) əyalət şəhərlərini gəzib dolaşdıqdan sonra yalnız 1659-cu ildə xoşbəxt bir təsadüf nəticəsində paytaxta qayıda bilib. Bu müddət ərzində Molyer xalq həyatını dərindən öyrənərək gələcək əsərləri üçün zəngin material toplayıb. Yaradıcılığa truppası üçün yazdığı şən əhval-ruhiyyəli komediyalarla ("Barbulyanın qısqanclığı", "Uçan təbib") başlayıb.
Dünya dramaturgiyasının şah əsərləri sayılan "Tartüf", "Kişilərə ibrət dərsi", "Qadınlara ibrət dərsi", "İstəksiz nikah", "Zorən təbib", "Mizantrop" və s. komediyalarının bir çoxu Azərbaycanda da səhnəyə qoyulub. Bir sıra əsərləri ekranlaşdırılıb. Bu komediyalarda feodal-dvoryan təbəqələri kəskin satira atəşinə tutulur.
"Xəsis", "Skapenin kələkləri", "Jorj Danden və yaxud aldadılmış ər", "Sqanarel", "Tartüf", "Don Juan və yaxud daş qonaq" və bir çox digər əsərləri onun şah əsərləridir.
Aktyorluq və ədəbi yaradıcılığın vəhdəti prinsipinə axıradək sadiq qalan Molyer səhnədə xəstə halda Arqan rolunu ifa etdiyi "Zorən xəstə" komediyasının tamaşasından bir neçə saat sonra şiddətli öskürmə nəticəsində venalarının partlamasından vəfat edib.

Türk sərbəst şeirinin “atası” Nazim Hikmət..

15 yanvar 1902-ci ildə  türk şairi Nazim Hikmət anadan olub. Türk şair, yazıçı, rəssam, senarist və dramaturqu, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi olan Nazim Hikmət (Nazim Hikmət Ran) 1902-ci il yanvar ayının 15-də zədagan ailəsində anadan olub.
1920-ci ildə o, işğal olmuş İstanbuldan milli azadlıq u]runda vuruşan Anadoluya gedib. 1921-ci ildə Sovet Rusiyasına gələrək 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxuyub.
Nazim Hikmət 1924-cü ildə Türkiyəyə qayıdıb, inqilabi "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında Lenin ideyalarını tərənnüm edən əsərlərlə çıxış edib.
1932-ci ildə Türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şer toplusuna görə 5 il həbs cəzasına məhkum olunub.
1935-ci ildə yazdığı “Taranta Babuya məktublar” poemasında, 1936-cı ildə qələmə aldığı “Alman faşizmi və irqçiləri” publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdarları ifşa olunub. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı – “Şeyx Bədrəddinin dastanı” çapdan çıxıb.
1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilən Nazim Hikmət məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusif və Züleyxa” pyeslərini və s. əsərlərini həbsxanada yazıb 50-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti N.Hikməti azad etməyə məcbur olub. 1951-ci ildən ömrünün sonunadək ikinci vətəni sayılan SSRİ-də yaşayan və bu dövrdə 1952-ci ildə “Türkiyədə”, 1955-ci ildə “Qərib adam”, 1956-cı ildə “İvan İvanoviç vardımı, yoxdumu”, 1960-cı ildə “Domokl qılıncı” və s. pyeslərini, şer və poema, poeziyaya və dramaturgiyaya dair məqalələrini yazıb. SSRİ-də Nazim Hikmətin ssenariləri və əsərlərinin süjetləri əsasında kinofilmlər (“Bir məhəlləli iki oğlan”, “Sevdalı bulud”, “Yaşamaq gözəldir, qardaşım”, “Məhəbbətim, kədərim mənim”) çəkilib. Novator şair olan Nazim Hikmət türk ədəbiyyatını yeni forma və mütərəqqi məzmunla zənginləşdirib. Onun poeziyasına kəskin publisistika ilə yanaşı, dərin lirizm xasdır. Türk poeziyasına sərbəst şeir vəznini Nazim Hikmət gətirib. Yaradıcılığı müasir Türk ədəbiyyatına güclü təsir göstərib. Əsərləri dünya xalqlarının çoxunun dilinə tərcümə olunmuş, pyesləri bir sıra ölkələrdə tamaşaya qoyulub.
1951-ci ildə Ümumdünya Sülh Şurası Bürosunun və 1959-cu ildən sonra isə onun Rəyasət Heyətinin üzvü olub.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlib, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olub, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri var. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş pyesləri tamaşaya qoyulub. Bəstəkar A.Məlikov şairin "Məhəbbət əfsanəsi" pyesi əsasında eynu adlı balet yazıb, Azərbaycanın digər bəstəkarları şerlərinə romanslar bəstələyib. R.Babayev "Kəllə" pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaradıb. Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazıb.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

15 yanvar 1918-ci ildə  Misir prezidenti Camal Əbdül Nasir anadan olub. İslahatçı islamçı liderlərdən olan Nasir SSRİ-nin dostu sayılırdı. Məşhur Asuan bəndi onun zamanında tikilib. Əbülfəz Elçibəy Nasirin prezidentliyi dövründə Misirdə tərcüməçi işləyib.

15 yanvar 1929-cu ildə insan hüquqları müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı, amerikalı keşiş Martin Lüter Kinq anadan olub.
Afrika mənşəli Amerikalıların vətəndaş hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinq 1964-cü ildə Nobel sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə yetirilib. Məşhur “bir arzum var” çıxışı  qaralar üçün huqular uğrunda mübarizənin simvoluna çevrilmişdi. Səməd Vurğun ona həsr edilmiş “Zəncinin arzuları” poemasını yazıb.

1891-ci ildə sovet yazçısı və journalist  İlya Erenburq və şair Osip Mandelştam doğulub.

15 yanvar 1919-cu ildə  alman inqilabçısı Roza Lüksemburq öldürülüb.
Yəhudi əsilli inqilabçı Roza Lüksemburq XX əsrin əvvəllərində Almaniyada və Avropada ən fəal kommunist hərəkatı üzvlərindən biri olub.

1559 — İngiltərə kraliçası I Yelizaveta taxta çıxıb.

1992 — Avropa dövlətlərinin Xorvatiya və Sloveniyanın müstəqilliyini rəsmən tanıması ilə Yuqoslaviya dağılıb.

15 yanvar 2010-cu ildə saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi