Modern.az

Tərtərdə qrad mühərriki aşkarlanıb

Tərtərdə qrad mühərriki aşkarlanıb

12 İyun 2016, 23:58

Tərtərin Cəmilli kəndində  1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Modern.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında  bildirilir.

Məlumata görə, İyunun 12-də 2 ev və həyətyanı sahə, 1 əkin sahəsi, 3 otlaq sahəsi, 19 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülmüş və gün ərzində 29 390 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 12 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində  595 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 522 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və   7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir