Modern.az

İsmayıllıda 12 yaşlı qızı sel aparıb

İsmayıllıda 12 yaşlı qızı sel aparıb

Aktual

13 İyun 2016, 00:30

İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışı nəticəsində yaranan sel suları kəndlərə ciddi ziyan vurub, iki nəfər ağır xəsarət alıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayonun Çayqovuşan kənd sakini, 2004- cu il təvəllüdlü Sadıqova Səbinə Samir qızını sel aparıb. O, yaşadığı evin yaxınlığında, Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən palçıq səbəbindən ayağı sürüşərək çaya düşüb. Kənd sakinləri çaya düşdüyü yerdən 100 metr aralıda ağaca ilişərək suda qalan 12 yaşlı qızın həyatını xilas ediblər. Təxminən 20 dəqiqə suda qalaraq boğulan Səbinə Sadıqova təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.

Hazırda reanimasiya şöbəsində olan Səbinə Sadıqovanın vəziyyəti ağır olaraq qalır. Sel suları Quşencə kənd sakini, 1938-ci il təvəllüdlü Mustafayeva Maya Muradxan qızına məxsus fərdi yaşayış evini dağıdıb. Maya Mustafayeva qəflətən dağılan evin damının altında qalaraq ağır xəsarət alıb. O, təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib, hazırda müalicə olunur. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır