Modern.az

Rusiyadakı sirli azərbaycanlı teleaparıcı kimdir? - FOTOLAR

Rusiyadakı sirli azərbaycanlı teleaparıcı kimdir? - FOTOLAR

13 İyun 2016, 10:31

Şərq qadınlarının özünəməxsus gözəlliyi, üz cizgilərindəki xoş təbəssüm həmişə güclü cinsin diqqətini cəlb edir.

 

Bir çox Şərq qadınına baxanda dahi rus yazıçısı Fyodr Dostoyeveskinin “Dünyanı gözəllik xilas edəcək” frazası yada düşür.

 

Dostoyevskidən gətirdiyimiz sitat yerinə düşür, çünki onun bu ifadəsinin yaratdığı assosiasiya istər-istəməz diqqəti elə Rusiyadakı cazibədar xanımlara cəmləşdirməyə sövq edir.

 

Rus qadınlarının gözəlliyi, qıvraqlığı ayrı kateqoriyadandır. Rusiyada yaşayan və gözəlliyi ilə müzakirə mövzusuna çevrilən bir xanımdan bəhs edəcəyik... Özü də bu xanım sıradan biri deyil, üstəgəl azərbaycanlıdır... Söhbət öz siması, televiziya proqramındakı diksiyası və incəliyi ilə rus cəmiyyətində güclü təəssürat yaradan bir Nailə Əsgərzadədən gedir...

 

Modern.az saytı Nailə Əsgərzadə adlı teleaparıcı ilə bağlı kiçik araşdırma aparıb.

 

İnternet üzərindən apardığımız axtarışlarda Nailə Əsgərzadənin harada anadan olması ilə bağlı bir məlumata rast gəlmədik. Rus saytlarının birində onun haqqında yazılan bir qeydi diqqətinizə çatdırırıq:

 

“Aparıcı üçün peşəkar keyfiyyətlərdən başqa, xarici görünüş də önəmlidir. O, efirə çıxanda tamaşaçılar ekran qarşısından ayrıla bilmirlər. Çoxları haqlı olaraq Nailəni ən gözəl televiziya aparıcısı hesab edirlər”.

 

“Hər bir gözəlin bir eybi olar” deyirlər. Nailə Əsgərzadənin fiziki mənada hansı eybinin olduğunu deyə bilmərik. Amma bu xanımın bir “eybi” varsa, bu da onun “sirli” olmasındadır.

 

Nailə Əsgərzadənin şəxsi həyatı ilə bağlı  internetdə bir şey tapmaq praktiki olaraq müşkülə çevrilib. Amma şəxsi həyatı ilə əlaqədar bir məsələ var ki, o da iddia şəklində təzahür edib. Bu barədə az sonra bəhs edəcəyik.

 

Yalnız bu məchul xanımın şəxsi həyatına az-çox məlumluq elementi qatan odur ki, o, “Rossiya 24” telekanalında aparıcı işləməzdən öncə, nüfuzlu “Kommersant” qəzetində iqtisadiyyatdan yazan jurnalist olub.

 

Nailə xanım, “Rossiya 24” telekanalında da iqtisadiyyat xəbərlərini aparır. Onun çoxlu müsahibələri, açıqlamaları, Rusiyanın iqtisadi durumu ilə bağlı müxtəlif analizləri olur. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Nailə xanım rus dili kimi, ingilis dilini də mükəmməl, akademik səviyyədə bilir.


Jurnalist oliqarxla sevgilidir?

 

2011-ci ildə “Bloomberg”in iqtisadi-siyasi şərhçisi Leonid Berşidskinin “Şeytanın fitnəsi” adlı romanı çap olunub. Romanda “VTB Bank”ın prezidenti Andrey Kostinin “Aleksey Lvoviç Konstantinov” adlı protitipi yaradılıb.

 

Romanın süjetində Konstantinov kriminal əməliyyatlara başçılıq edir və özündən kiçik xanımlarla eşq macərası yaşayır.

 

Bəziləri bu əsərdə Nailə Əsgərzadə ilə Kostinin əlaqələrinin olduğuna işarə edirlər.

 

Qeyd edək ki, Nailə Əsgərzadə zaman-zaman bəzi tədbirlərdə Andrey Kostinlə birlikdə görünüb.


Ehtimal edilir ki, Nailə Əsgərzadənin “Rossiya 24” telekanalına gəlməsi bankirlə bağlıdır...

 

Aqşin KƏRİMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?