Modern.az

Tanınmışlar hansı saytları izləyir?

Tanınmışlar hansı saytları izləyir?

13 İyun 2016, 11:42

Önəmli yerə malik olan media qurumları ölkələrin ictimai siyasi həyatında böyük rol oynayır.

 

Modern.az saytı Azərbaycanda hansı media qurumlarının ictimai-siyasi həyatda daha fəal olduğunu öyrənmək üçün sorğu keçirib.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, belə bir təsnifat aparmayıb.

 

“Hansı media qurumları daha yaxşı fəaliyyət göstərir. Ölkədə elə şişirdilmiş saytlar var ki, heç onun adını Azərbaycanda tanıyan yoxdur. Ancaq rəsmi təqdimatda elə göstərilir ki, sanki bunlar 100 minlərlə insanı öz informasiya nəzarətində saxlayırlar və idarə edirlər. Ona görə də, konkret olaraq deyə bilmərəm ki, hansı media qurumu ictimai siyasi həyatda daha fəaldır. Azərbaycan əhalisi çox hissəsi Türkiyə mediasının təsiri altındadırlar. . Rəqabətdə yerli informasiya vasitələri ciddi şəkildə uduzur”.

 

S.Cəlaloğlunun sözlərinə görə, o, Türkiyənin “Hürriyyet” saytınını izləyir.

 

Azərbaycan saytlarından isə Moderator.az, Modern.az, teleqraf.com, APA, musavat.com, Qafqazinfo.az , Azadlıq.info-nu oxuyur.  

 

“Mən adətən sayları izlərkən 2 məqama diqqət edirəm. Hökumətin təsiri altında olan informasiya materiallarına baxıram ki,  hökumət nəyin yazılmağını sifariş verir. İctimai rəyi formalaşdırmaq üçün və müxalifət yönlü informasiya mənbələrinə baxıram ki, muxalifət ictimai rəyi necə  formalaşdırır.

 

Bunlardan da əlavə aldığım məlumatların gerçəkliyini müəyyən etmək üçün neytral informasiya vasitələri, o cümlədən xarici informasiya vasitələrini izləyirəm ki, məsələnin əslində nə yerdə olduğunu bilim.”

 

Milli Məclisin Deputatı Vahid Əhmədovun cavabı isə belə olub:  

 

“Mən əsasən Modern.az, Moderator.az, haqqın.az, faktxeber.com, ann.az  kimi saytlardan informasiya əldə edirəm.”

 

İqtisadçı Azər Mehtiyev: “İnformasiya tələbatımı müxtəlif saytlardan təmin edirəm. Ən çox oxuduğum saytlar Azadlıq.info, Azadlıq.orq, Meydan.tv, APA,  lent.az  və fins.az –dır.”

 

Jurnalist Arif Əliyev: “Bir çox saytlar var ki, bu saytlar informasiya mənbəyi rolunda çıxış edirlər. Mən bir çox saytlardan informasiya əldə etmək üçün istifadə edirəm. İnformasiya aldığım saytlardan Kontakt.az, Modern.az, Moderator.az, haqqın.az , azadlıq.info var.”

 

Yazıçı Əkrəm Əylislinin sözlərinə görə, kulis.az saytı ədəbiyyata yaxın olduğu üçün onu izləyir. O deyib ki, rəngarənglik baxımından Modern.azModerator.az saytlarını çox bəyənir.

 

“Bəzi saytların məqsədlərində məqsədsizlik hiss olunur. Bilinmir ki, bunların ictimai həyatdakı rolu nədən ibarətdir. Ümumiyyətlə götürsək internetin yaranması, yayılması Azərbaycan üçün olduqca təzə bir hadisədir. Mən bəzən diqqət edirəm ki, dil baxımından çox kobud səhvlərə yol verilir. Bu bizim həyatımızda yeni hadisə olduğu üçün səhvlərin olması təbiidir. Ancaq çalışmaq lazımdır ki, savadlı adamlar saytlarda daha çox olsun, dilimizin qayğısına qalsınlar.

 

Mənim əqidəmə görə Azərbaycan dilində indiki qədər pərakəndəlik, pintilik müşahidə olunmayıb. Mən ümumiyyətlə saytları müntəzəm olaraq izləyirəm. Bu saytlardan ən çox Modern.az, Kulis.az, Moderator.az və APA-nı izləyirəm”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı