Modern.az

XİN ABŞ-a başsağlığı verdi

XİN ABŞ-a başsağlığı verdi

13 İyun 2016, 12:55

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da baş vermiş çoxsaylı insan itkisi ilə bağlı bu ölkəyə başsağlığı verib.

XİN nətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu haqda Modern.az-a bildirib:

“12 iyun 2016-cı il tarixində Amerika Birləşmiş Ştatlarının Orlando şəhərində çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli silahlı hücumu qınayırıq. Həlak olanların ailələrinə və Amerika Birləşmiş Ştatlarının xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik”. 

Xatırladaq ki, ötən gün ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" barında terror hadisəsi törədilib.

Florida sakini, ıslən əfqanıstanlı Ömər Martin gecə klubundakı ziyarətçilərə atəş açıb. Nəticədə 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi