Modern.az

Ölkəyə geni dəyişdirilmiş çay və taxıl məhsulları gətirilməyəcək

Ölkəyə geni dəyişdirilmiş çay və taxıl məhsulları gətirilməyəcək

Parlament

13 İyun 2016, 20:29

Geni dəyişdirilmiş çay və taxıl məhsullarının ölkəyə gətirilməsi qadağan edilə bilər. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, bu məsələ “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb. Belə ki, “Çayçılıq haqqında” qanununa təklif edilən 10.3-cü maddəyə görə, “Çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir”.

Qanunun 8.3-cü maddəsinə təklif olunan bəndə görə də “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”.

“Taxıl haqqında” qanuna təklif edilən 6.8-ci maddədə isə qeyd olunur ki, “Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir”.

Qanuna təklif olunan 11.5-ci maddəyə görə isə, “Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir”.

Hər iki layihənin qeyd hissəsində deyilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.

Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir