Modern.az

"Formula-1" ilə əlaqədar bu yollar bağlanır

"Formula-1" ilə əlaqədar bu yollar bağlanır

Aktual

13 İyun 2016, 20:55

Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-Prisi ilə əlaqədar hərəkətinə məhdudiyyət qoyulan marşrut xətləri müəyyən edilib. Modern.az saytı xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. Məlumata görə, "Azadlıq" meydanından başlayaraq - A.Puşkin, Xaqani, Bülbül, Əziz Əliyev, Qoşa Qala Qapısı, İstiqlaliyyət, Niyazi küçə və prospektləri, Azneft dairəsi, Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə bitişən, kəsişən, yolayrıcları və yol qovşaqlarına məhdudiyyət tətbiq olunur.

 

N.Allahyarova vurğulayıb ki, yarış marşrutunun əhatə etdiyi çevrə daxilindən kənar yollara çıxmaq üçün nəqliyyat vasitələri Cənub tərəfdən - Ələt-Astara-Salyan yolunun 14 km-dən 20-ci sahə, Bayıl qəsəbələri, Bayraq meydanı, eləcə də Cavanşir körpüsü ətrafından cənuba doğru gedən sürücülərin nəzərinə çatdırılır ki, alternativ variant olaraq, Afiyyədin Cəlilov-Yusif Səfərov, Yusif Səfərov-28 May küçələri kəsişməsindən, 10-cu zavod dairəsindən, eləcə də Nobel prospektinin Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsindən, Səməd Vurğun və Bülbül küçələrindən Füzuli küçəsi ilə kəsişən hissəsində istiqamət dəyişilir:

 

"Bakı Nəqliyyat Agentliyi olaraq biz də "Formula-1" Avropa Qran-Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini "Avtomobilsiz 7 gün" devizi altında keçirilən kampaniyaya qoşulmağa çağırır və ictimai nəqliyyatdan istifadəyə dəvət edirik.

 

Məhdudiyyət qoyulan yollar üzrə hərəkət edən marşrut xətləri 5, 6, 124, 88, 195 və 53-dür. Bu siyahıda sadalanan marşrut xətləri yuxarıda qeyd olunan alternativ yollardan istifadə edəcəklər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır