Modern.az

Yol polisi məzun valideynlərinə XƏBƏRDARLIQ etdi

Yol polisi məzun valideynlərinə XƏBƏRDARLIQ etdi

14 İyun 2016, 11:07

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına yol polisinin gücləndirilmiş rejimdə çalışacağını bildirib. O, həmçinin bu gün orta məktəbi bitirən məzunların valideynlərinə müraciət edib:

“Təhlükəsizliyin təmin olunmasında yalnız yol polisləri deyil, valideynlər də diqqətini artırmalıdırlar. Çünki məktəbyaşlı uşaqlara avtomobil idarə etməyə etibar edilməsinə görə, məsuliyyət nəzərdə tutulub. Təhlükəsizliyin təmin edilməsi üçün hər kəs diqqətli olmalıdır.

Bu gün Bakı şəhərində “Son zəng” tədbirlərinin keçirilməsilə bağlı bütün orta məktəblər nəzarətə götürülüb, azyaşlı uşaqların və məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək avtomobil əldə edib sürməsinə ciddi nəzarət olunacaq".

Onun sözlərinə görə, paytaxtın təhsil müəssisələri onlara bitişik küçə və prospektlərdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə xidmət etməklə nəzarəti artıracaq:

“Məktəblilərin toplandığı ərazilərdə xidmət edən hər bir əməkdaşımız təhlükəsizliyin təmin edilməsi ilə bağlı zəruri təbirlər görəcəklər. Çalışacağıq ki, təhlükəsizlik tam təmin edilsin”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı