Modern.az

İlham Əliyev Barak Obamaya başsağlığı verdi

İlham Əliyev Barak Obamaya başsağlığı verdi

14 İyun 2016, 12:40

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti  Barak Obamaya başsağlığı verib.

 

Modern.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

 

“Hörmətli cənab prezident, Florida ştatının Orlando şəhərində törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcədə sarsıtdı. Bu gün bütün dünya terrorizm kimi dəhşətli bir bəla ilə üzləşib. Belə bir vəziyyət qüvvələrin hamılıqla səfərbər olunmasını və terrorizmə qarşı qətiyyətlə mübarizə aparılmasını tələb edir. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkə kimi daim terrorizmi pisləyir və terrorizmə qarşı mübarizəni dəstəkləyir.

 

Bu ağır anlarda kədərinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər