Modern.az

“Bakı Metropoliteni” yay rejiminə keçir

“Bakı Metropoliteni” yay rejiminə keçir

Aktual

14 İyun 2016, 12:59

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) iyunun 22-dən etibarən yay qrafikində işləyəcək.

Bu haqda Modern.az saytına məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib ki, yay rejiminə keçidlə bağlı xəttə buraxılan qatarların sayı azaldılacaq:

“Qış qrafikində saatda 30 cüt qatar xəttə buraxılırdısa, yay qrafikinə əsasən qatarların hərəkət cədvəli 24 cüt olacaq.

Yay qrafikində “Həzi Aslanov” – “28 May” stansiyaları arası interval pik saatlarda 2.5 dəqiqə, qeyri-pik saatlarda 3 dəqiqə, “28 May” – “İçərişəhər”, “28 May” – “Dərnəgül” stansiyaları arası interval isə müvafiq olaraq 5-6 dəqiqə olacaq.

Onun sözlərinə görə, qeyri-iş günlərində metroplitendə fərqli qrafik tətbiq ediləcək: “Əvvəl “Həzi Aslanov”dan 1 saatda 30 qatar çıxırdısa,  indi 24 qatar çıxacaq. Pik saatlarda qatar 2 dəqiqədən bir yola düşürdüsə, indi 2,5 dəqiqədən bir xəttə buraxılacaq”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı