Modern.az

Rusiyadan ipoteka alan azərbaycanlıların sayı AÇIQLANDI

Rusiyadan ipoteka alan azərbaycanlıların sayı AÇIQLANDI

14 İyun 2016, 13:36

Rusiyada ipoteka krediti alan xarici ölkə vətəndaşlarının sayı son 6 ildə 5 dəfə artıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmin əcnəbilərin 2%-i Azərbaycan vətəndaşıdır.

 

İpoteka alan əcnəbilər arasında liderliyi Belarus (25%), Ukrayna (19%), Qazaxıstan (7%), Özbəkistan (6%) və Moldova (4%) vətəndaşları saxlayır.

 

Türkiyə (2%) və Ermənistan (2%) vətəndaşları isə növbəti pillələrdə qərarlaşıb.

 

Ekspertlər xarici ölkə vətəndaşlarının aktivləşməsini Rusiya rublunun ucuzlaşması və ipoteka sahəsindəki qanunvericiliyin sadələşdirilməsi ilə əlaqələndirirlər.

 

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir