Modern.az

Eyvandan yıxılan 3 yaşlı Zəhranın vəziyyəti ağırdır

Eyvandan yıxılan 3 yaşlı Zəhranın vəziyyəti ağırdır

14 İyun 2016, 14:02

İyunun 13-də Suraxanı rayonunun “Yeni Günəşli” qəsəbəsi, “V” yaşayış sahəsi, bina 7 ünvanında bədbəxt hadisə baş verib. Belə ki, binanın 3-cü mərtəbəsində yaşayan Zəhra Qələmova nəzarətsiz qalaraq eyvandan yıxılıb.

Məlum olub ki, 3 yaşlı uşaq evdə 6 yaşlı bacısı ilə qalıb. Həmin müddət valideynlər qapını bayırdan açarla bağlayaraq işə gediblər. Hadisə şahidlərinin  Modern.az-a bildirdiyinə görə, Zəhra yıxıldığı vaxt binanın zirzəmisindəki daşlara çırpılıb.

Yıxılma nəticəsində ağır bədən xəsarətləri alan uşaq huşunu itirib. Qonşuların köməkliyi ilə xəstəxanaya çatdırılan Z.Qələmovanın vəziyyətinin ağır olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə,  Zəhra Qələmova ehtiyatsızlıq nəticəsində evlərinin eyvanından (3-cü mərtəbədən) yıxılıb və xəsarətlə xəstəxanaya yerləşdirilib. Araşdırmalar aparılır.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir