Modern.az

Siyavuş Novruzov həmkarlarına səsləndi: “Dediklərimizə diqqət etməliyik”

Siyavuş Novruzov həmkarlarına səsləndi: “Dediklərimizə diqqət etməliyik”

14 İyun 2016, 14:00

“İranla Ermənistan arasında olan münasibətlər bəllidir və hər bir dövlətin özünün xarici siyasəti var. Kim Azərbaycana deyə bilər ki, ABŞ-la münasibətləri düzgün qurmalısan? Vaxtilə bizə təzyiq etdilər ki, Rusiyaya qarşı siz də embarqolara qoşulun. Lakin biz buna etiraz etdik”.

Modern.az xəbər verir ki, bu sözləri parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov bugünkü iclasda İranla bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Deputat bildirib ki, İran Azərbaycanın qonşusudur və bizim dost münasibətlərimiz var:


“Biz hər hansı bir dövlətlə münasibət quranda ətraf müdaxiləni qəbul etmirik. Hər bir ölkə ilə bərabər münasibətlər qurmağın tərəfdarıyıq. Misal olaraq, bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri oldu və orada bir sra vacib əhəmiyyətli qərarlar qəbul edildi. Unutmaq lazım deyil ki, Naxçıvan blokadadan azad ediləndə İranın köməyi olub".

Siyavuş Novruzov İran və Ermənistan arasındakı məsələnin xristian və müsəlman nöqteyi-nəzərindən yanaşılmasının tərəfdarı olmadığını deyib:


"Burada söhbət müsəlmançılıqdan yox müttəfiq ölkələrdən gedir. Ona görə də yanaşma tərzimizi başqa cür qurmalıyıq. Hansısa bir ölkə ilə bağlı fikir bildirən zaman həmin məsələni diqqətlə araşdırmaq lazımdır. Ermənistana dəmiryolunun çəkilməsi və hər-hansı bir yardımın olunmasının əleyhinəyəm. Bu qəti şəkildə ola bilməz. Çünki Ermənistan işğalçı dövlətdir. Amma kiminsə bir başqasını öz ölkəsinə dəvət etməsi bu dövlətlərin daxili işidir. Biz heç kimində işinə qarışa bilmərik. Hər bir məsələnin axırı müqavilələrlə, sülhə bitməlidir. Biz belə müqavilələri bağlamaqla ölkələrimiz daha da yaxınlaşır. Ümumiyyətlə, Ermənistanı çıxmaq şərti ilə digər qonşularımız haqqında fikir bildirəndə dediklərimizə diqqət etməliyik".


Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi