Modern.az

Spiker Ruhaninin Azərbaycana səfərindən DANIŞDI  

Spiker Ruhaninin Azərbaycana səfərindən DANIŞDI   

14 İyun 2016, 14:23

Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında deyib:

 

“Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, - deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.

 

Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya prezidenti Vladimir bu məqsədlə Bakıya səfər edəcəklər.

 

Ağa AKİFOĞLU

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir