Modern.az

Onlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Onlara hərbi xidmətdən möhlət hüququ veriləcək

14 İyun 2016, 14:22

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi layihəsinə baxılıb.

 

Modern.az-ın xəbərinə görə, layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.

 

Eyni zamanda xarici ölkələrdə əyani təhsil alanlara bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.

 

Təklif edilən daha bir dəyişiklik Azərbaycanda elmi təşkilatlarda təhsilini davam etdirmək istəyənlərə hərbi çağırışdan möhlət verilməsi ilə bağlıdır.

Belə ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda, eləcə də xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir