Modern.az

Qənirə Paşayeva Milli Məclisi Bundestaqa etiraz etməyə çağırıb

Qənirə Paşayeva Milli Məclisi Bundestaqa etiraz etməyə çağırıb

14 İyun 2016, 14:55

Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımı yalanları ilə bağlı qəbul edilən qərar barədə çıxış edərək, ona etirazını bildirib. O, MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib və bu istiqamətdə həmkarı Fəzail Ağamalının çıxışını dəstəklədiyini bildirib.  

 Q.Paşayeva deyib ki, MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun müraciətində Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etməsinin böyük təəssüf və narahatlıq doğurması öz əksini tapmalıdır. Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir:

"Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqda qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vurub".

Türkiyə Böyük Millət Məclisi tərəfindən, TBMM-də təmsil olunan 3 partiyadan olan millət vəkillərinin adından Almaniya Bundestaqına qondarma erməni soyqırımı yalanları ilə bağlı qərar qəbul etdikləri üçün etiraz müraciətinin göndərildiyini vurğulayan millət vəkili Q.Paşayeva Azərbaycan parlamenti tərəfindən də bu istiqamətdə müraciətin göndərilməsinin vacibliyini və əhəmiyyətini xüsusi vurğulayıb”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir