Modern.az

Süni bahalaşmaya görə tutulan sahibkarlar azadlığa buraxıldılar

Süni bahalaşmaya görə tutulan sahibkarlar azadlığa buraxıldılar

14 İyun 2016, 15:38

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədə süni qiymət artımında təqsirləndirilən "Alfa Med" MMC-nin təsisçisi və rəhbəri Əfqan Xudaverdiyev, cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərin hər birinin 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə Ə.Xudaverdiyin barəsində 3 il müddətinə şərti cəza təyin edilib, İ. Hüseynov isə 5500 manat cərimə edilərək məhkəmə zalından azadlığa buraxılıblar.

İttihama görə, bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində "Alfa med" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən "Grateziano" dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunublar.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər