Modern.az

Embawood şirkəti tələbələri mükafatlandırdı - FOTO

Embawood şirkəti tələbələri mükafatlandırdı - FOTO

Aktual

14 İyun 2016, 13:35

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində Embawood şirkətinin keçirdiyi “Ən yaxşı dizayn və interyer” müsabiqəsində iştirak edən Memarlıq fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sərginin açılış mərasimində çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Embawood şirkətiylə qurulan əməkdaşlıqdan, peşəkar mütəxəssislərin hazırlanması istiqamətində işgüzar ikitərəfli əlaqələrdən danışıb, tələbələr üçün belə müsabiqələrin önəmini vurğulayıb.

Şirkətin baş direktoru Tamerlan Kurkiyev də Universitetlə əməkdaşlığın gələcəkdə peşəkar kadr ehtiyatına müsbət təsir etdiyini bildirib. O, müsabiqədə iştirak edən tələbələri təbrik edib, onlara uğurlar diləyib.

Daha sonra G.Məmmədova və şirkətin baş direktoru sərginin qırmızı lentini kəsib, nümayiş olunan işlərlə tanış olublar. Dizayn ixtisasında təhsil alan 3-cü kurs tələbələrinin layihələri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tədbirin sonunda müsabiqədə iştirak edən qalib tələbələr Embawood rəhbərliyi tərəfindən pul mükafatı və diplomlarla təltif olunub. 1-ci yerin qalibi Leyla Xəlilzadə, 2-ci yerin qalibi Murad Abıyev olub. 3-cü yeri Zinyət Məmmədova və Əminə Mamıyeva paylaşıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi