Modern.az

Eyni kitab Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda pulsuz yayılacaq

Eyni kitab Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda pulsuz yayılacaq

Mədəni̇yyət

17 Yanvar 2011, 10:00

Bişkekdə fəaliyyət göstərən Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Qırğızıstan paytaxtındakı “Biyiktik” nəşriyyatında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı “Dünya siyasətinin zirvəsini fəth edənlər“ “Pokoriteli verşin mirovoy politiki” kitabının ikinci cildi rus dilində çapdan çıxıb.

Nəfis şəkildə 5 min tirajla çap olunmuş 515 səhifədən ibarət bu kitabın tərtibçiləri Nüsrət Məmmədov və Cumadin Kadırovdur.

Nəşrin baş məsləhətçisi Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Milli Məclisin deputatı Qənirə Paşayeva, Qafar Əliyev, Füzuli Nəcəfov, Mirəkbər Həsənov, Əhməd Hüseynov, baş redaktoru professor Aqil Hacıyevdir.

Kitabda Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş və əhatəli materiallar, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrələri, sosial sahədə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri faciələr, həmçinin tariximiz, mədəniyyətimizlə bağlı əhatəli materiallar verilib.

Kitabda, həmçinin “Heydər Əliyev islahatçı kimi”, “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”, “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yeri və əhəmiyyəti”, “Xəzərin hüquqi statusunun müəyyən edilməsində Azərbaycanın xarici siyasətinin təhlili”, “Dünya siyasətində Azərbaycan nefti”, “Əsrin müqaviləsi haqqında” və bir sıra digər mövzularda materiallar yer alıb.

Bu kitabların Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir