Modern.az

Deputat aztəminatları ailələrə əl tutdu

Deputat aztəminatları ailələrə əl tutdu

14 İyun 2016, 15:37

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Ramazan ayı münasibətilə aztəminatlı seçicilərinin bir qrupu ilə görüşüb və onlara bir ailənin 10 günlük tələbatına uyğun əsas ərzaq mallarından ibarət hədiyyələr paylayıb.
Hədiyyə alan 60-dan çox seçici ölkə rəhbərinə əmin-amanlıq, sabitlik və xoş güzərana görə razılıq və minnətdarlıqlarını bildirib, millət vəkilinə isə Allahdan bu müqəddəs ayda tutduğu orucunun qəbul olunmasını diləyib və öz təşəkkürlərini çatdırıblar.

***

Hadi Rəcəbli həm də növbəti dəfə Lənkəranda Qarabağ əlilləri, şəhid ailələri və fiziki qüsuru olan insanlarla görüş keçirib.  

15 iyun  Milli Qurtuluş Günü ərəfəsində baş tutan görüşdə deputat görkəımli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonar gedən sosial, siyasi proseslərdən geniş mövzuda söhbət açıb. O qeyd etmişdir ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü hər bir azərbaycanlı üçün çox əziz bir gündür.

“Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-qalım mübarizəsinin salnaməsidir. Bu tarixi yaşadan isə yenə də respublikamızın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və onlara arxa-dayaq olan bir insan- Heydər Əliyev və onun Azərbaycançılıq ideologiyasıdır”.   


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər