Modern.az

Prezidentlərin görüş tarixi DƏQİQLƏŞDİ - RƏSMİ

Prezidentlərin görüş tarixi DƏQİQLƏŞDİ - RƏSMİ

14 İyun 2016, 17:44

Rusiya prezidenti Vladimir Putin iyunu 20-də Azərbaycan və Ermənistan prezidentləri ilə öncə təkbətək daha sonra üçtərəfli formatda görüşlər keçirəcək.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

“İyunun 20-də Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin məlum Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü keçiriləcək. Gözlənilir ki, ilk olaraq Putin İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda, sonra isə üçlükdə görüş keçirəcək”.

 

Yuri Uşakovun sözlərinə görə Rusiya tərəfi Qarabağ münaqişəsinin həllinə yardımını davam edəcək.

“Təbii ki, biz tərəfdən münaqişənin həlli ilə bağlı tərəflərə yarıdm davam edəcək. Biz hərbi əməliyyatların dayandırılmasında həlledici rolu oynamışıq”.

 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir