Modern.az

Lavrov Qarabağ münaqişəsinin hərbi yolla həllini inkar etdi

Lavrov Qarabağ münaqişəsinin hərbi yolla həllini inkar etdi

Qarabağ

15 İyun 2016, 18:03

“Bu gün heç bir dövlət hansısa beynəlxalq problemi təklikdə həll edə bilməz”. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasındakı çıxışı zamanı bildirib.

“MDB məkanındakı konfliktlər, eləcə də digər regionlardakı bütün münaqişələr yalnız sülh, siyasi-diplomatik və ya digər qeyri-hərbi yolla həll olunmalıdır". 

Lavrov onu da deyib ki, onun bu fikirləri həmçinin Ukraynadakı böhrana, Dnestryanı problemə və Dağlıq Qarabağ münaqişəsinə də aiddir:

"Başlıcası, tərəflər əldə olunan razılaşmalara hörmətlə yanaşmalı və onlara yenidən baxılmasına şərait yaratmamalıdırlar".


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir