Modern.az

Sensasion İDDİA: “Yerevan Rusiyadan S-400 raketləri istəyir”

Sensasion İDDİA: “Yerevan Rusiyadan S-400 raketləri istəyir”

16 İyun 2016, 15:27

Ermənistan Rusiyadan S-400 raketləri ilə təchiz olunmasını istəyib.

 

Modern.az xəbər verir ki, bu sensasion iddia ilə Ermənistanın “Qrapark” qəzeti çıxış edib.

 

 Qəzetin məlumatına görə, Rusiyadan kreditlə alınan 200 milyon dollarlıq silahların əksəriyyəti ölkəyə gətirilib.

“Ölkəyə tədarük edilən silahlar içində S-400 olmasa da, Ermənistan rəhbərliyi həmin silahın alınmasına ümid edir”.

 

“Qrapark”ın ehtimalına görə, silahın bahalığını nəzərə alan rəsmi Yerevan, S-400 zenit-raket kompleksinin Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına yerləşdirməyi təklif edib.

 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir