Modern.az

Ləman Ələşrəfqızı da ANS-dən çıxdı

Ləman Ələşrəfqızı da ANS-dən çıxdı

16 İyun 2016, 21:19

Daha bir tanınmış jurnalist ANS televiziyası ilə yollarını ayırıb. Modern.az saytı xəbər verir ki, bu dəfə deleviziyadan gedən məşhur xəbər jurnalistlərindən olan Ləman Ələşrəfqızıdır.

Ləman Ələşrəfqızı bundan sonra da fəaliyyətini jurnalistika sahəsində davam etdirəcəyini vurğulayıb: “20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!".

Qeyd edək ki, son vaxtlar bir neçə tanınmış jurnalist ANS-lə vidalaşıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!