Modern.az

Təhsilə çöldən baxış          

Təhsilə çöldən baxış          

17 İyun 2016, 11:18

Fikrət Valehli


Dağın zirvəsinə qalxdıqca, insanın özgüvəni ilə bir yerdə onun qorxuları da artmağa başlayır. Müəyyən zamandan sonra hətta onlar nizamlanmazsa, təhlükəli hal alır ki, bu da  insan varlığı üçün təhlükə yaradar. Bu qorxunun nədən qaynaqlandığını araşdırdıqda biz hündürlük cavabını alarıq. Bəli hündürlük, bir çox  insanın həyatdan küsməsinə, şübhələr içində boğulmasına səbəb olan  hündürlük. İnsan həyatı da belədir, müəyyən hündürlüyə qalxdıqca insanın düşüncə qabiliyyəti inkşaf edər, dolaysıyla insanın həyata varlığının səbəbinə, yaşam qaynağının nə olduğuna olan sualları artmağa və yuxarıda dediyimiz kimi cavablandırılmadıqca təhlükəli hal almağa başlayır.

Düşüncə və şübhə, bu gün yazacaqlarımızın ağırlıq mərkəzini bu qavramlar  təşkil edir. Əslində şubhə qavramını düşüncə qavramının bir alt qatı da adlandıra bilərik, səbəbsə insanda şübhənin düşündükcə yarandığındandır ki, beləliklə yazdıqlarımızı sistemləşdirsək bu nəticəyə gələ bilərik: insan inkşaf edir, inkşaf etdikcə düşüncəsi genişlənir və insan bədəni böyüdükcə əzələlərində hiss etdiyi ağrılar kimi insan beyini də bəzi ağrılar hiss edir ki, bu ağrıları biz şübhə və o inkşaf etdikcə ondan törəyən inamsızlıq və ümidsizlik  adlandıra  bilərik.  Bəs bu ümidsizlik nə zaman baş qaldırır?  Bu sualın konkret cavabı yoxdur, yəni şübhələrin konkret olaraq yarandığı yaş mərhələsi yoxdur. Bu yaş mərhələsi insanın yaşadığı cəmiyyətin dolğunluğu, ailə mühitinin düşüncə səviyyəsi, beyninin qaynaqlandığı fikir mənbələrindən asılı olaraq dəyişir. Sağlam cəmiyyətlərdə insan bu mərhələni daha erkən yaşlarında-adətən yeniyetmə zamanlarında keçirməyə başlayır ki, həmin mərhələnin öhdəsindən gəlmək üçün çox önəmli bir yardımçı faktor səhnəyə daxil olur: Təhsil sistetemi.

Bir çoxları üçün təhsil müəyyən ixtisas fənlərinin öyrənənlərə çatdırılmasıdır ki, bu fikrin yalnış olduğu açıq-aydındır. Belə ki, təhsil sistemi ixtisaslı kadrlar yetişdirməkdən çox “yetişməyə hazır” kadrlar yetişdirməklə yükümlüdür. Təhsil uşaqlara oxumağı deyil, oxuduqlarını sorğulamağı, onun yalnış olub-olmadığı nəticəsinə gəlməyi öyrətməlidir. Hadisələrə  kənardan baxmaq və müşahidə edə bilmək böyük qabiliyyət tələb edir,  bunun da uşaqlara öyrədilməsi çox böyük önəm kəsb edir. Bu sağlam düşüncəni uşaqlara aşılamaqla onların şübhələrə cavab tapmalarına, həyata düzgün aspektdə yanaşmalarına, hadisələri doğru analiz etmələrinə şərait yarada bilərik.

Bəs Azərbaycanda bunu əngəlləyən amillər nələrdir? Təbii bu amilləri tam dəqiqlik ilə kənardan demək çətindir, amma bəzən kənardan görünən mənfi cəhətləri daxildən görmək olmur. Bu səbəbdən bəzilərini qeyd etmək istərdim.

Öncə müəllim heyəti və məktəbi vurğulamaq istərdim ki, burada məllim heyətinin nə qədər önəm kəsb etdiyi hamımıza aydındır, çünki müəllim dərslikdə yazılanları heç bir zaman eyniliklə anlatmaz, anlada bilməz. Bu bir az rəsm əsərlərini yenidən çəkməyə bənzər, başqa bir rəssam heç bir zaman əsəri olduğu kimi çəkə bilməz, çünki o hər zaman şəkilə özünəməxsus olan toxunuş edər ki, bunun səbəbi onun hakim ola bilmədiyi mən duyğusudur. Müəllimlər də hər zaman kitablarda verilən bilikləri öz xarakterləri, düşüncələri ilə sintez edib uşaqlara çatdırmalıdırlar. Sağlam düşüncəli və xoş niyyətli müəllimlərdən təşkil olunmuş məktəbsə, uşaqların adətən ikinci evləri olur ki, bu da onların həyatlarını qurmalarında önəmli rol oynayır.

İkinci halda biz tədris olunan proqramların önəmini vurğulaya bilərik. Bu proqlamlar və onların tədris olunma qaydası sadəcə “bilgili canavarlar” deyil, cəmiyyətə və özünə yararlı insan yetişdirilməli olduğunu hədəf qoyaraq tərtib edilməlidir.

Üçüncü olaraq biz bir şeyi nəzərə almalıyıq,uşaqlar həyatlarını yalnız məktəbdə keçirtmirlər və təhsil sitemi yalnız məktəbə gələn uşaqları əhatə etmir. Bəli təhsil sistemi cəmiyyətin bütün fərdləri üçün məsuliyyət daşıyır.

Sabaha inanmaq istəyiriksə inkşaf etmiş cəmiyyətlərin etdiyi kimi toplumca bütün diqqətimizi sabahımızı təşkil edəcək insanlarımıza yönəltməli, onların sağlam inkşafı üçün hərtərəfli düşünə biləcəyi cəmiyyət , düşünərkən özləri ilə eyni zamanda bir-birlərinin mənfəətlərini nəzərə almalı olduqlarını onlara aşılayan sistem qurmalıyıq. Bizi tərəqqiyə götürəcək bu sistemi qurmaq üçün diqətimizi birinci olaraq yönəltməli olduğumuz yer-  təhsilimizdir. Xəyal gücümüzü gəlişdirməyi özünə hədəf qoyacaq təhsilimiz...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi