Modern.az

ANS-in daha bir əməkdaşı işdən çıxdı

ANS-in daha bir əməkdaşı işdən çıxdı

17 İyun 2016, 11:45

Daha bir tanınmış jurnalist ANS telekanalından ayrıldığını açıqlayıb. Modern.az saytının xəbərinə görə, jurnalist Tünzalə Rafiqqızı da işdən ayrılması ilə bağlı məlumat verib.

“Hər başlanğıcın bir sonu olur, başladı və bitdi. Şükürlər olsun ki, alnım açıq, üzüm ağdır. Yeni başlanğıc isə uzaqda deyil. Hər kəsə uğurlar. Mən yoluma, siz yolunuza”, deyə ANS TV-dən ayrılan T.Rafiqqızı sosial şəbəkədə yazıb.

T.Rafiqqızı ANS-də uzun müddət iqtisadiyyat verilişinin aparıcısı olub.


Son bir neçə gündə Kəmalə Əlisgəndərqızı, Ləman Ələşrəf qızı da ərizə yazaraq ANS TV-dən ayrılıblar.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi