Modern.az

Yeni Turan fəlsəfəsi: Türklük, İslamlıq və İnsanlıq - I Yazı

Yeni Turan fəlsəfəsi: Türklük, İslamlıq və İnsanlıq - I Yazı

Ədəbi̇yyat

17 İyun 2016, 16:06

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Hazırda Türk-İslam dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri aşağı-yuxarı Türk-İslam dünyasına aid hər bir yazar, araşdırmaçı ya da elm insanı bilməkdədir. Xüsusilə, bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu nəticələrlə bağlı bəlkə də on minlərlə  məqalələr, yüzlərlə isə kitablar yazılmışdır. Ancaq Türk-İslam dünyasının problemlərinə həsr olunmuş yazılarda çox çatışmayan cəhətlərdən biri sadəcə məsələni ortaya qoymaq olmuş, yəni həll yolları ya göstərilməmiş ya da əsasən bilərəkdən bilməyərəkdən, Türk insanına yanlış bilgilərlə  təqdim olunmuşdur.

Bizcə, Türk xalqlarının (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Krım, İraq türkmənləri, Suriya türkmənləri, Uygurustan və b.) özləri üçün aydınlaşdırmalı olduğu ilk məsələ İslam dini, İslam mədəniyyəti bir sözlə İslam dünyasıyla hansı anlamda, mahiyyətdə bütövlük təşkil etməsidir. Əslində bu gün Türk müsəlman xalqları özünü əsasən İslam dünyasında görürsə (hər halda xristian, buddist, şamanist və digər dini inanclı türklər də vardır), o zaman bütün problemlərinə də ilk növbədə bu açıdan yanaşmaq, eyni zamanda İslam dünyasının bütün məsələlərini də öz məsələləri kimi dəyərləndirmək və həll etmək məcburiyyətindədir. Bu heç də göründüyü qədər sadə deyildir. Ona görə də, bütün Türk aydınları İslam dünyasının məsələlərinə mürəkkəbdən sadəyə doğru deyil, tam əksinə sadədən mürəkkəbə doğru cavab verməlidir. Yəni Türk aydınları ilk öncə İslam dini inanclı Türk xalqlarının çağrışlarına cavab verməli, problemlərinə həll yolları göstərməli, amma müsəlman olmayan digər dini inanclı türk xalqları (bosniyalılar, qaqauzlar, macarlar, bolqarlar, yakutlar, tuvalılar və b.) da unutmamalıdırlar. Ancaq bundan sonra İslam dünyası xalqlarının, dünya xalqlarının problemləri və həll yolları gündəmə gələ bilər. Atalarımız demişkən, “öncə evin içi, sonra çölü”.

Burada demək istədiyimiz budur ki, konkret olaraq Türkiyə Respublikası nümunəsində, burada yaşayan Türk aydınları birinci növbədə “evin içi” olan Türk toplumunun ya da Türk-Müsəlman toplumunun, daha sonra Türkiyə xaricindəki Türk-Müsəlman toplumlcan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və b.arının (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran İslam Respublikası, İrak, Suriya və b.) və qeyri-müsəlman toplumlarının problemləriylə bağlı araşdırmalar aparmalı, bu Türk toplumlarının birlik və bərabərliyini əngəlləyən amilləri aradan qaldıraraq onu gücləndirəcək həll yolları göstərməlidir. Yəni Türkiyəni təmsil edən bir Türk aydını ölkəsinin yalnız İslam dünyasının bir parçası deyil, eyni zamanda Türk dünyasının da bir parçası olduğunu əsla unutmamalıdır. Bu anlamda Türkiyənin problemlərini yalnız İslam dünyasının deyil, ən azından başlanğıc olaraq Türk-İslam dünyasının problemləri olaraq görməli, bu adla da İslam dünyası çərçivəsində Türk-İslam xalqları və onların problemləriylə daha çox maraqlanmalıdır. Ancaq bir Türk aydını bunun etmək əvəzinə, daha çox İslam dünyası düşüncəsiylə türk qeyri-türk bütün müsəlman xalqlarının problemlərini həll etməyi üstələnirsə, o zaman işini çox qəlizləşdirmiş olur.

Əlbəttə, öncəlliklə müsəlman Türk xalqlarının problemlərinin ələ alınması məsələsini ortaya atmaqla İslam dünyasını hansısa hissələrə bölmək fikrimiz yoxdur. Sadəcə, məqsədimiz odur ki, İslam dünyasının istər-istəməz parçaları olanlar arasında məntiqə və məqsədəuyğun olaraq daha ağıllı, soyuqqanlı bütövləşməsi baş versin. Şübhəsiz, bu gün İslam dünyasının önəmli birisi olan, bəlkə də mərkəzini təkşil edən bir qüvvət varsa o da müsəlman türklərdir. Hər halda ərəblərin, farsların, pakistanlıların və digər müsəlman xalqlarının İslam dünyasının mərkəzi olması istəyi olsa da, faktiki olaraq bu gün onların arzuları gerçəkçi görünmür. Bunu, zaman zaman bütün müsəlman xalqlarını incələyən Qərb institutları və onların alimləri də yaxşı bilirlər. Əslində son iki əsrə yaxındır ki, Qərbdə Avropa-Xristian dünyasına İslam dünyasının alternativliyi daim diqqət mərkəzində olmuşdur. Ancaq  Avropa-Xristian dünyasına alternativ olmaq üçün İslam dünyasına aid dövlətlərdən ya da millətlərdən biri avanqard rolunu oynamalıdır. Qərb də həm keçimş tarixdən, həm də bugünkü vəziyyətdən nəticə çıxararaq İslam dünyasında avanqard, super güc olacaq bir dövlətin-xalqın ortaya çıxmasna yol vermək istəmir. Biz bu kimi nümunələri bir qədər fərqli formada 150-100 il bundan öncə İslam dünyasına aid Osmanlının, Qacarların çöküşü və həmin çöküşdən sonra yeni yaranan dövlətlərin (Türkiyə, “İran”, Suriya, İrak və b.) Qərb ideyalarına yoluxdurulmasında görmüşük. 

Deməli, uzun müddət İslam dünyasının lideri olmuş müsəlman türkləri və onların dövlətlərini çökdürdükdən sonra Qərb siyasətində hər hansı müsəlman xalqının İslam dünyasında yeni bir gücə çevrilməməsi məsələsinin həlli iki əsas üzərundə qurulmuşdur: 1) İslam dünyası xalqaları arasında super güc olmaq istəyən dövlətləri ya da millətləri daima birbirinə qarşı qoymaq, bunun üçün milliyyətçilik və dini məzhəbçilik hisslərindən maksimum istifadə etmək; 2) İslam dünyasını Qərbin ixrac etdiyi demokratiya, kommunuzm, tolerantlıq, vətəndaş cəmiyyəti, multikulturalizm kimi “beynəlmiləl” ideyalarla zəhərləmək. Bunu, Əli bəy Hüseynzadə, Mehmet Akif Ersoy təxminən 100-110 il bundan öncə, çox yaxşı anlayaraq Qərbdən Şərqə gələn ideyaları “zəhərli yellər” kimi dəyərləndirmiş, türkçülük və islamçılığın bir bütün olduğunu daima müdafiə etmişlərdir.

Amma bütün hallarda Qərbin ixrac etdiyi “zəhərli yellər” az ya çox Türk-Müsəlman aydınlarına öz təsirini göstərmişdir. Yəni Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Z.Gökalp, M.Ə.Yurdakul, M.Ə.Rəsulzadə, H.S.Ayvazov, M.A.Ersoy və başqa Türk aydınları o zaman nə qədər ümid etsələr də ki, müsəlman türklər Avropanın ancaq yeniliklərini, texnologiyasını qəbul edərək mahiyyət etibarilə qərbləşməyəcək, müsəlman və türklük bütünlüklərini qoruyub saxlayacaqlar, ancaq biz bu gün həmin ümidlərin əsasən özünü doğrultmadığını görürük. Belə ki, üstündən təxminən 150-100 il keçməsinə baxmayaraq, hələ də islamlıq və türklüyün bir-birinı zidd yoxsa eynilik təşkil etməsi, daha çox da islamlığın türklüyə xeyir ya da zərər verməsi müzakirləri davam etməkdədir. Şübhəsiz, bu kimi müzakirlərin davam etməsi Qərbin işinə daha çox yarayır. Çünki islamlıq və türklüyün bütünləşdirici deyil, ziddiyyətli tərəflərinin önə çəkilməsi müsəlman türklərinin İslam dünyasında super güc olması potensialını zəiflədir.

Bizcə, bu günün Türkiyəsi Osmanlı dönəmindəki super gücünü yenidən ortaya qoymaq istəyirsə, hədəfini 4 mərhələdən ibarət olaraq müəyyənləşdirməlidir: 1) Türkiyə daxilində islamlıq və türkülük ideyaları dəqiqləşməli; 2) Müsəlman və qeyri-müsəlman Türk dünyasına hesablanmış hədəflər müəyyənləşməli; 2) İslam dünyasındakı hədəflər bəlirlənməli; 3) Dünyanın hansı simada super güclərindən biri olmaq istəyi konkretləşməli. Biz eyni sözləri Qazaxıstan, Özbəkistan, Azərbaycan haqqında da deyə bilərik. Ancaq bu günün gerçəkliyi daha çox Türkiyənin üzərində dayanmağımızı ortaya qoyur. Təbii ki, bu günün Qazaxıstanı da sabah Orta Asiya və Qafqazda güclü bir dövlətə çevrildiyi halda, təxminən 20-30 ildən sonra Türk dünyasının, ardınca da İslam dünyasının da lideri ola bilər. Yaxud da iki əsr bundan öncə (1828-ci il) bir hissəsi çar Rusiyası tərəfindən işğal olunan və yenicə müstəqilliyini qazanan Şimali Azərbaycan, digər hissəsi isə bir əsr bundan öncə “İran” fars rejiminin hakimiyyəti altında qalan Cənubi Azərbaycan bir-vahid Azərbaycan olacağı təqdirdə Türk dünyasının və İslam dünyasının lider dövləti olmaq gücündədir. Sadəcə, bu günün gerçəklikləri Qazaxıstanın, Azərbaycanın ya da digər bir müsəlman türk dövlətinin deyil, daha çox Türkiyənin Türk dünyası və İslam dünyasının lideri olmasını önə çıxarır.

Ancaq bu gün Türkiyənin özü də müsəlman türklər olaraq təkbaşına İslam dünyasının yenidən mərkəzi olmaqda çətinlik çəkir. Görünür, Türkiyə nəinki İslam dünyasının, Türk dünyasının belə öncülü olması məsələsində doğru yol xəritəsi cıza bilməmişdir, ya da belə bir yolu cızmağa imkan verməyən iç və xarici qüvvələr vardır. Özəlliklə, son bir əsrdə Türkiyənin digər türk-islam xalqlarıyla istənilən münasibətləri qura bilməməsi diqqətçəkicidir. Halbuki  Türkiyənin müsəlman türkləri Osmanlı dönəmində uzun bir müddət İslam dünyasının mərkəzi halında olmuşdur. Doğrudur, bu daha çox qılınc gücü və dini təbliğat sayəsində baş vermişdir. Amma Osmanlının varisi olan Türkiyənın bu gün eyni siyasi-fələsəfi ideologiyadan çıxış edərək nəinki İslam dünyasının, eyni zamanda türk dünyasının da mərkəzində dayanması çox zor görünür. Ancaq Türkiyə bildiyimiz, gördüyümüz qədər son dönəmlərdə buna cəhdlər göstərməkdədir. Bu cəhdlər isə əsasən uğursuzluqla müşahidə olunur. Deməli, Türkiyənin müsəlman türklərinin, öncəlliklə Türk aydınlarının, Türk liderlərinin İslam dini və Türklük məsələsində bir aydınlıq gətirməsi əsas məsələ olaraq qalmaqdadır.

 Yəni Türkiyə öncəliklə, İslam dünyası adı altında türk müsəlman xalqlarınmı, yoxsa bütün İslam xaqlarınınmı super gücü olmaq niyyətindədir?! Bu məsələni geniş şəkildə  müzakirə etmək olar. Bizcə, Türkiyə öncə qeyri-müsəlman türk xalqlarını da gözardı etmədən, hər şeyi Türk müsəlman xalqlarıyla əməkdaşlıqdan başlamalıdır. Bu zaman da Türkiyə ilk növbədə, öz içindəki islamlıq və türklük ideolojisinə aydınlıq gətirməlidir ki, Türkiyə xaricindəki türk-müsəlman xalqlarıyla münasibətdə də hədəflərini doğru müəyyənləşdirə bilsin. Başqa sözlə, Türkiyə daxilində dövlət siyasəti olaraq türklük və islamlıq məsələsi aydınlığa qovuşmadan, bu ölkənin digər Türk müsləman xalqları ya da dövlətləriylə münasibətləri dostluqdan vahid birliyə doğru yüksəlişini gözləmək mənasızdır. Bu baxımdan Türkiyə dövlətinin islamlıq və türklük məsələsində dəqiq, aydın hədəfi olmalıdır.

Öncəlliklə, islamlıqla müqayisədə türklük məsələsində Türkiyə dövlətinin, xüsusilə bu gün onu təmsil edəm AKP hökumətinin atdığı addımlar olduqca ziddiyyətlidir. Hər halda  türklüyü yalnız bir göstəri kimi arada sırada ortaya atmaqla ya da əski Türk dövlətlərinin bayraqlarını nümayiş etdirməklə iş bitmir. Bunu ona görə deyirik ki, bugünkü Türkiyə hökuməti bir tərəfdən əski Türk dövlətlərinə sahib çıxmış kimi özünü göstərsə də, digər tərəfdən bir çox AKP-çi siyasilərin diliylə, ya da onlara aid qəzetlərdə, kitablarda, filmlərdə, seriallarda vəs. əski Türk adət-ənənələri, əski Türk dini dünyagörüşü, əski Türk mədəniyyəti bir çox hallarda açıq-aşkar aşağılanır. Maraqlıdır ki, bütün bu aşağılanmalar isə İslamlığın, İslam mədəniyyətinin təbliği fonunda edilir. Eyni şeyi bir qədər fərqli formada Qərbləşmək yolunu tutmuş CHP və HDP-çilər həyata keçrirlər. Sadəcə, bu cəbhədə olanlar əsasən yalnız əski türkçülüyə deyil, islamçılığa da Avropa demokratiyası, Avropa liberalizminin gözüylə baxırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır