Modern.az

Bakı Dövlət Universitetinin 200 müəlliminə ev veriləcək

Bakı Dövlət Universitetinin 200 müəlliminə ev veriləcək

27 Oktyabr 2009, 16:10

Bakı Dövlət Universitetinin (BDU) 90 yaşı tamam olub. Oktyabrın sonu-noyabrın əvvəlində universitetin yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək. Qeyd edək ki, bu il aprelin 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının aparıcı təhsil ocağı BDU-nun təsis edilməsinin 90 illik yubileyinin layiqincə qeyd olunması məqsədilə müvafiq sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, ali təhsil ocağının yubiley mərasiminin keçirilməsi üçün hazırlıq işlıri yekunlaşıb. Onun sözlərinə görə, müsəlman Şərqində ilk Avropa tipli ali məktəb olan BDU-da keçiriləcək təntənəli yubiley tədbirində təkcə Azərbaycandan deyil, Bütün MDB ölkələrindən, eləcə də Türkiyə, Rumıniya və digər dövlətlətdən olan qonaqlar iştirak edəcəklər. Rektor deyib ki, 1919-cu il sentyabrın 1-də yaradılarkən BDU-nun ilk rektoru olmuş Vasili Razumovskinin nəvəsi də yubiley mərasiminə dəvət olunub.  Universitetin yubileyi ilə bağlı bir sıra digər tədbirlər də keçiriləcək. Məsələn, 25 bakalavr, 25 magistr tələbə, 25 bakalavr və 25 magistr pilləsində dərs deyən müəllim üçün təqaüdlər nəzərdə tutulub. Ən yaxşı 50 tələbə və ən yaxşı 50 müəllimin hər biri üçün 1000 manat məbləğində təqaüd ayrılması da planlaşdırılır. Qeyd edək ki, universitetin yubiley günündə BDU ilə bağlı mətbuatda yazılan ən yaxşı yazı, həmçinin televiziyalarda verilən ən yaxşı veriliş, film də mükafatlandırılacaq. A.Məhərrəmov onu da bildirib ki, oktyabrın 30-da 90 illik yubileylə bağlı Bakı Dövlət Universitetinin 200 müəlliminə yeni mənzillərin açarları veriləcək. Bununla bağlı ayrıca mərasim təşkil olunacaq. Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu il sentyabrın 1-də yaradılıb. Ali təhsil ocağında ilk mühazirə həmin il noyabrın 15-də oxunub. BDU-nun ilk rektoru Vasili Razumovski olub.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir