Modern.az

"RUH» diffamasiya ilə bağlı sorğu keçirir

"RUH»  diffamasiya ilə bağlı sorğu keçirir

27 Oktyabr 2009, 16:34

"RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "«Diffamasiya haqqında" qanunun qəbulunda ictimai təşəbbüslərin rolu» mövzusunda layihəsini davam etdirməkdədir.

Modern.az xəbər verir ki, artıq layihə çərçivəsində sorğulara başlanılıb. Sorğular iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə "Diffamasiya haqqında" qanunun qəbuluna dövlət məmurlarının necə yanaşıldığı müəyyənləşdiriləcək. Sorğu nazirliklərin, komitə rəhbərlərinin, dövlət idarə, müəssisə və təşkilatlarının rəhbər şəxslərindən olmaqla ümumilikdə 500 respondent arasında keçirilir. Rəyi soruşulanlara - «Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbulu cəmiyyətə nə verə bilər?» sualı ünvanlanıb. Sorğu anketlərində diffamasiyanın mahiyyətinin izahı verilir, həmçinin onlar elə tərtib edilib ki, respondentin məsələyə münasibətinin dolğun şəkildə ifadəsinə şərait yaransın.

Sorğunun ikinci istiqamətində KİV təmsilçilərinin "Diffamasiya haqqında" qanunun qəbuluna münasibəti əks olunur. Burada başlıca sual "«Diffamasiya haqqında" qanunun qəbulu jurnalist fəaliyyətinə nə kimi təsir göstərə bilər?» şəklində qoyulacaq. Sorğu aparıcı KİV-lərin rəhbərləri, orada çalışan jurnalistlər olmaqla ümumilikdə 500 respondent arasında keçirilir.

Sorğuların nəticələri «Diffamasiya: cəmiyyət ona hazırdırmı?» mövzusunda dəyirmi masada müzakirə ediləcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi