Modern.az

İqbal Ağazadə yenə deputat ola bilmədi

İqbal Ağazadə yenə deputat ola bilmədi

Parlament

19 İyun 2016, 10:00

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin ilkin nəticələri açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 19 674 (85, 56%) səslə rəqiblərini üstələyib.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd edib ki, Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər.

 

O bildirib ki, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

 

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər.

 

Qeyd edək ki, təkrar seçkilərdə 7 namzəd mübarizə aparıb. Səsvermədə 40 203 seçicidən 23292 nəfəri iştirak edib. Dairə üzrə 40 məntəqənin hamısı hesabat verib.

 

Həmin dairədən Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə də namizədliyini vermişdi.

 

İqbal Ağazadə ötən ilin 1 noyabrında keçirilən parlament seçkilərində də iştirak etmişdi və mandat qazana bilməmişdi.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi