Modern.az

Rəsmi olmayan siyasi naharlar - FOTOLAR

Rəsmi olmayan siyasi naharlar - FOTOLAR

19 İyun 2016, 15:14

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp iyunun 16-da bəyan etdi ki, Şimali Koreyanın lideri Kim Çen Inı Vşinqtonda qəbul edərdi, ancaq rəsmi nahar süfrəsi təşkil etmək istəməzdi.

“Onun yanına getməyəcəyəm, bu dəqiqdir. Ancaq bura gəlsə, qəbul edərdim, rəsmi nahar isə təşkil etməzdim”, – Tramp  vurğulayıb.

Yeri gəlmişkən, praktika göstərir ki, üşgüzar söhbətləri, problemləri rəsmi görüşsüz də müzakirə, hətta həll etmək mümkündür.


Modern.az saytı yaxın tarixdə siyasətçilərin rəsmi olmayan yemək masalarından yaddaqalan faktları təqdim edir.

 



2002-ci il.
Rusiya prezidenti Vladimir Putin, Almaniya Federatif Respublikasının kansleri Qerhard Şreder və Ukrayna prezidenti Leonid Kuçma onun ölkəsinin ərazisindən keçən magistral qaz kəmərlərindən istifadə ilə bağlı birgə əməkdaşlıq haqda bəyanatı imzalayandan sonra “Podvorye” restoranında şam yeməyi yeyirlər.



2007-ci il.
ABŞ prezidenti oğul Corc Buş Almaniyanın kansleri Angela Merkelə Hayliqedamda keçirilən G8 sammiti ərəfəsindəki şam yeməyində qulluq edir.



2010-cu il.
Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama Rusiya liderinin bu ölkəyə səfəri zamanı Virciniya ştatının Arlinqton şəhərindəki Ray's Hell Burger kafesində hamburqer yeyirlər.



2015-ci il.
Britaniyanın baş naziri Devid Kemeron və Çin Xalq Respublikasının sədri Birləşmiş Krallığın rezidensiyası yaxınlığındakı The Plough pabına pivə içmək üçün giriublər və orada dünyadakı problemləri müzakirə ediblər.


2016-cı il.
Zimbabve prezidenti Robert Muqabe 92 yaşının qeyd edən zaman iştahla br parça piroq yeyir. Bu möhtəşəm bayram ölkənin büdcəsinə milyon ABŞ dollarına başa gəlib.



2015-ci il.
Suriyanın lideri Bəşər Əsəd Dəməşqin Cobare rayonunda döyüşlər arasındakı fasilədə  tabeliyindəki əsgərlərlə yeni il yeməyini bölüşür.

Boliviya prezidenti Eva Morales Koçabamba departamentində futbol oyunundan sonra yeməklərin dadına baxır. Morales qumarbaz oyunçu kimi də tanınır, o, hətta 2014-cü ildə “Sport Boyz” klubu ilə müqavilə imzalayıb. Beləliklə, dünyada fəaliyyətdə olan professional futbolçu prezident adını qazanıb.


Braziliyanın prezidenti Dilma Russeff 2014-cü ildə seçki kampaniyası zamanı Rio-de-Janeyrodakı restoranlardan birində nahar edir. Bu nahar düşərli olub – Russeff seçkilərdə qalib gəlib.


2012-ci il.
Vəzifədə olmasının 17 illiyini bayram edən Əlcəzair prezidenti Abdeləziz Buteflika öz sarayında ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edir.


Tayvan prezidenti və Qomindan partiyasının lideri Ma İntszyu seçki kampaniyasının ən qızğın vaxtında əriştə yemək üçün kafeyə gəlir. Prezident burada yediyi əriştəni çox bəyənir, o özü isə xalqın xoşuna gəlir və yeni müddətə seçilir.


2011-ci il.
İsrailin Aşdod şəhərinin meri Yexiel Lasri və prezident Şimon Peres ticarət mərkəzində HAMAS təşkilatının hücumundan zərərçəkən israillilərlə həmrəylik nümayiş etdirmək üçün meyvə buzu yeyirlər.


Braziliyanın eks-prezidenti Luis İnasiu Lula da Silva 2002-ci ilin iyun ayında Qvatemalaya səfəri zamanı bu ölkənin paytaxtındakı yeməkxanalardan birində nahar edir. Lula dəfələrlə populizmdə qınayıblar, o, hətta xaricə gedəndə belə xalqa yaxın olduğunu nümayiş etdirməyi xoşlayırdı.


Dünyanın ən yoxsul prezidenti - Uruqvayın dövlət başçısı Jose Mujika xarici səfərlərin birində ümumi yeməkxanada nahar edir.


2012-ci il.
ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeron basketbol oyunu zamanı tribunada hot-doqu yeyirlər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir