Modern.az

Azərbaycanlı jurnalist: “Salman Raduyevlə müsahibənin kassetlərini itirdik” - FOTO

Azərbaycanlı jurnalist: “Salman Raduyevlə müsahibənin kassetlərini itirdik” - FOTO

20 İyun 2016, 12:02

1998-ci ildə Qarabağ Əlillər Cəmiyyətinin rəhbərliyinin bir qrupu Qroznıda keçirilən Çeçenistan əlillərinə xeyriyyə marafonunda iştirak edib. Bu barədə Modern.az saytına marafonda Cəmiyyəti təmsil edənlər sırasında olan  təşkilatın o vaxtkı mətbuat katibi Rey Kərimoğlu məlumat verib.

R.Kərimoğlu həmin dövrdə aldığı müsahibənin videokassetini itridiyini deyib:

“O vaxtı Qroznıda Çeçenistan əlillərinə xeyriyyə marafonu keçirilirdi. Biz də orda iştirak edirdik. Qarabağ Əlillər Cəmiyyətinin rəhbərliyində təmsil olunan bir neçə şəxs ora yola düşdük. Mən o vaxt Cəmiyyətin mətbuat xidmətinin rəhbəri kimi iştirak edirdim.

Marafonda iştirak etdik, Aslan Mashadovla, Zəlimxan Yandarveyevlə, Salman Raduyevlə görüşümüz oldu. Təəssüf ki, Zəlimxan Yandarveyevlə, Salman Radıyevlə 2 saatlıq müsahibənin videokassetləri mənim əlimdə deyil”.

O, həmin kassetlər itirdiyini bildirib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür