Modern.az

Azərbaycanlı deputat Roma Papasına məktub yazdı - MƏTN

Azərbaycanlı deputat Roma Papasına məktub yazdı - MƏTN

Parlament

20 İyun 2016, 12:15

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov Roma Papasına məktub yazıb. Modern.az həmin məktubun mətnini təqdim edir:

 

“Zati-müqəddəsləri, Papa Fransiskə

Apostol Sarayı, Vatikan şəhəri: 00120

 

 

Zati-müqəddəsləri,

 

Bütün etiqadlardan olan xalqları barışdırmaq və gələcək nəsillər üçün daha yaxşı dünya təşviq etmək üçün göstərdiyiniz davamlı və təqdirəlayiq səylərinizi nəzərə alaraq, Ermənistana səfəriniz zamanı müzakirə edilə biləcək mümkün məsələlər, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu rayonlarının qanunsuz işğalına bəraət qazandırmaq məqsədilə Ermənistan hakimiyyətinin göstərəcəyi çaşdırıcı səylərlə bağlı dərin narahatlığımızı ifadə edirik.

 

Əminik ki, zati-müqəddəsləri Azərbaycan xalqının əsrlər boyu sadiq qaldığı və dərin köklərə malik dini və etnik tolerantlıq ənənəsi, eləcə də burada xristianlar, yəhudilər və müsəlmanların dinc birgə yaşayışı  barədə məlumatlıdır. Xatırlatmaq istərdik ki, zati-müqəddəsləri, Xarici İşlər Naziri Covanni Layolo 2006-cı ildə Bakı səfərində belə bir bəyanat vermişdi: “Azərbaycanla Vatikan arasında dost əlaqələrin səviyyəsindən məmnunuq. Azərbaycan həqiqətən də dinlər və mədəniyyətlərin qovuşduğu bir yerdir. Buradakı tolerantlığı yüksək qiymətləndiririk. Azərbaycanın intensiv inkişafı bizi sevindirir. Vatikan Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıdır və Bakı səfərimin məqsədi əlaqələrimizi daha da inkişaf etdirməyə dair fikir mübadiləsi aparmaqdır.”

 

Azərbaycan həqiqətən də dünyəvi dövlətdir. Konstitusiyanın 48-ci maddəsinə əsasən, etiqad azadlığı, istənilən etiqadı seçmək və din barədə fikirlərini ifadə etmək azadlığı təmin edilir.

 

Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20%-ni qanunsuz olaraq işğal altında saxlayır və o vaxtdan etibarən BMT Ermənistanı öz qoşunlarını geri çəkməyə çağıran bir neçə qətnamə qəbul edib. Avropa Şurası Parlament Assambleyası da bu yaxında Ermənistanı işğal edilmiş Azərbaycan ərazilərini dərhal geri qaytarmağa çağıran 2085 (2016) saylı qətnamə qəbul edib.

 

Ötən onilliklər boyu ölkəmizi və regionumuzu bürümüş bu ədalətsizlik və dəhşətli qarışıqlığın davam etməsinə baxmayaraq, Azərbaycan xalqı tolerantlıq və bütün vətəndaşlar arasında hörmət və həmrəyliyə təşviq kimi mənəvi ənənəsinə sadiqdir. Ermənistan isə təəssüf ki, ölkələr və xalqlar arasında düşmənçilik və nifrət yaradaraq, olduqca qərəzli və görünməmiş formada yalnız bir dini təşviq etmək və ona şərait yaratmaq məqsədi güdür.

 

Bu arada Azərbaycan İslam dünyasında inkluziv birgə yaşayış və tolerantlıq modeli olduğunu sübut etmişdir. Bu nailiyyətlərlə qürur duyur və ölkəmizdə Xristian dininin tam azadlığını daha da gücləndirmək arzumuzu ifadə edirik.

 

Şübhəsiz, zati-müqəddəsləri bir çox Azərbaycan vətəndaşının Ermənistan təcavüzkarlarının törətdiyi qanunsuz işğalın qurbanına çevrilməsi və bu faciənin hələ də davam etməsi barədə geniş məlumata malikdir. Bütün bunları nəzərə alaraq, zati-müqəddəslərini öz ilahi və mənəvi öhdəliyinə sadiq qalmağa və Yerevanda Dağlıq Qarabağda baş vermiş faciələrdən bəhs etməyə, o cümlədən Ermənistan hakimiyyətinə beynəlxalq ictimaiyyətin gəldiyi nəticələrə hörmət etməsi, xüsusilə BMT və AŞ qətnamələrinə müvafiq oalraq, işğal edilmiş bütün Azərbaycan torpaqlarını geri qaytarması üçün çağırış etməyə səsləyirik.

 

Dövlətləri və xalqları barışdırmağa kömək edən vasitəçi kimi, zati-müqəddəsləri ilə əməkdaşlıq istəyimizi və ümidimizi ifadə edirik. Bu səbəbdən zati-müqəddəslərindən birtərəfli mövqe tutmamasını xahiş edirik, çünki bu, onun xristian və müsəlman dövləti arasındakı münaqişədə Ermənistan tərəfinin çaşdırıcı və beynəlxalq qanunsuz fikirlərinə əməl etməsi kimi şərh oluna bilər.

 

Bu səbəbdən zati-müqəddəslərini qondarma “erməni soyqırımı” abidəsini ziyarət etmək qərarını ləğv etməyə və bütövlükdə bəşəriyyətin rifahı naminə üzərinizə qoyulmuş mənəvi öhdəliyə sadiq qalmağa çağırırıq. Eyni zamanda zati-müqəddəslərini Ermənistan hökumətinin Dağlıq Qarabağın qanunsuz işğalına son qoyması və 1992-ci ildə Xocalı şəhərində törətdiyi soyqırım cinayətlərinə görə məsuliyyəti öz üzərinə götürməsi üçün çağırış etməyə səsləyiriq.

 

Zati-müqəddəsləri ilə birlikdə tolerantlıq nümunəsini davam etdirmək arzusu və dinindən yaxud etnik mənsubluğundan asılı olmayaraq, bütün xalqlar üçün daha yaxşı və dinc gələcək ümidi ilə,

 

Hörmətlə,
Elxan Süleymanov
AVCİYA-nın Prezidenti”.


 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir