Modern.az

Ağdaşda qalib gələn namizəd: “İqbal Ağazadəyə heç bir təzyiq olmadı”

Ağdaşda qalib gələn namizəd: “İqbal Ağazadəyə heç bir təzyiq olmadı”

Parlament

20 İyun 2016, 13:23

“Seçki çox yüksək səviyyədə və tam şəffaf keçdi. Nəticələri də yüksək qiymətləndirirəm”.

Bu sözləri Modern.az saytına açıqlamasında 90 Saylı Ağdaş seçki dairəsində təkrar seçkilərdə səs üstünlüyü ilə qalib olmuş Cavid Osmanov söyləyib.

C.Osmanov bildirib ki, onun haqqında mediada çox şeylərin yazılmasına baxmayaraq, seçkinin keçirilməsi şəffaf olub:

“Müşahidəçi qismində AŞPA və digər beynəlxalq təşkilatlar, yerli qurumların nümayəndələri  seçkini izlədi və qiymətlərini də verdilər. Seçkidə heç bir saxtakarlıq və neqativ hallar olmadı. Mənim haqqımda min cür yazılar yazıldı. Reaksiya da vermədim vermək də fikrim yoxdur”.

Cavid Osmanov seçkidəki əsas rəqibi İqbal Ağzadənin təzyiq və saxtakarlıqla bağlı fikirlərinə də münasibət bildirib:

“Rəqiblərimin heç birinə təzyiqlər olmadı. Kimlər nə deyirsə desinlər, seçkidə heç bir saxtakarlığa da yol verilmədi. Tam demokratik, sivil və izdihamlı seçki keçirildi. Bütün respublika və xarici media seçkilərin necə keçirildiyinin şahidi oldu.

MSK və Konstitusiya Məhkəməsi nəticələri rəsmi açıqladıqdan sonra parlamentlə bağlı planlarımı bəyan edəcəm”.

Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir.

Xatırladaq ki, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilib. İlkin nəticəyə görə, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri YAP-ın namizədi Cavid Osmanova səs verib. 

Nəticədə Cavid Osmanov səs çoxluğu ilə onunla eyni dairədə mübarizə aparan rəqiblərinə qalib gəlib.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır