Modern.az

“Putin prezidentlərə “Lavrov planı” nı təqim edəcək”

“Putin prezidentlərə “Lavrov planı” nı təqim edəcək”

Aktual

20 İyun 2016, 14:36

 

“Əvvəllər baş verən hadisələri hesablayanda və dünyada yaranmış vəziyyəti analiz edəndə Azərbaycanın aprel döyüşlərindən sonrakı mövqeyini və Rusiya ilə Azərbaycanın isti münasibətlərinin artmasını görürük”.

 

Bu sözləri Modern.az saytına açıqlamasında politoloq Qabil Hüseynli Rusiya, Azərbaycan və Ermənistan przidentlərinin Sankt-Peterburqda baş tutacaq görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, yaşanan son hərbi-siyasi hadisələrdən sonra bu gün konkret hansısa nəticələr əldə ediləcək:

 

“Lavrovun Azərbaycana səfərləri, bəyanatları, Ermənistanla gərgin danışıqlarını və Putinin də bu günlü görüşə qatılması bir daha sübut edir ki, bu görüşdə hansısa mütləq nəticələr əldə olunacaq.

Qabil Hüseynli hesab edir ki, əgər danışıqlar Azərbaycanı qane etməsə, vəziyyət heç də yaxşı olmayacaq.

 

Politoloq bu gün baş tutacaq üç tərəfli görüşdə müzakirə olunacaq sənədlərdən və danışıqlar paketindən də danışıb:

“Əgər danışıqlar qaneedici olmasa Azərbaycan budan sonra hər hansı bir vasitəçi səyinə əhəmiyyət vermədən münaqişənin təkbaşına özü tərəfindən həll edilməsi istiqamətində ciddi addımlar atacaq. Nəticədə isə Cənubi Qafqazda Rusiyanın təsiri zəifləyəcək.

 

Rusiya mətbuatında bu günkü görüşdə hansısa sənədlərin olması barədə məlumatlar var. Bu sənədlər əvvəlki danışıqlar paketinə uyğundur.

Sənədlər daha çox Kazan prinsiplərinə uyğun olacaq. Amma bu görüşdə Kazan prinsipləri “Lavrov planı” adı altında təqdim olunacaq”.

Siyasi şərhçi deyib ki, Azərbaycanın “Lavrov planı”na münasibəti tamam fərqlidir:

 

“Lavrov Planı”nda” işğal edilmiş torpaqların mərhələli geri qaytarılması, daha sonra 2 rayonun geri qaytarılması və Dağlıq Qarabağın status məsələsinin müzakirəsi nəzərdə tutulur.

 

Bunlar təbii ki, Rusiyanın ortaya qoyduğu və “Lavrov planı” adlandırdığı sənəddə olanlardır. Ancaq Azərbaycanın isə bu məsələlərə münasibəti fərqlidir”.

 

Çünki Azərbaycan tam haqlı olaraq işğal edilmiş 7 rayonun qaytarılmasını, Dağlıq Qarabağın statusun isə Azərbaycan tərəfindən həll edilməsini irəli sürür.

Hər halda Azərbaycan Sankt-Peterburq görüşündə özünün prinsip və mövqelərini ortaya qoyacaq”-deyə Qabil Hüseynli bildirib.

 

Xatırladaq ki, Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Dağlıq Qarabağ üzrə danışıqlar keçiriləcək.

 

Ağa  AKİFOĞLU

 

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır