Modern.az

Keçmiş prezidenti güllələdən general öldü

Keçmiş prezidenti güllələdən general öldü

Dünya

20 İyun 2016, 15:01

Rumıniya prezidenti Nikolae Çauşeskunu tribunala çıxaran  istefada olan general Viktor Stankulesku dünyasını dəyişib. Modern.az xarici mediaya istinadən bildirir ki, yaxınlarda insult keçirən general 88 yaşında qocalar evində ölüb.

1989-cu ildə Rumıniyada kommunist rejiminə qarşı etiraz aksiyaları başlayıb. Çauşesku o vaxt müdafiə naziri vəzifəsini icra edən  Stankuleskuya Timişoare şəhərində etiraz edənləri zərərsizləşdirməyi əmr edir. General nümayişçilərə atəş açmaqdan imtina edir.

Sonradan həmin generalın əmri ilə hərbi tribunal baş turur, Nikolae Çauşesku və onun arvadı Yelena güllələnirlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?