Modern.az

Noyabrda Azərbaycana "donuz qripu" əleyhinə vaksinlər gətiriləcək

Noyabrda Azərbaycana "donuz qripu" əleyhinə vaksinlər gətiriləcək

27 Oktyabr 2009, 16:48

2009-cu ilin aprel ayından yayılmağa başlayan  A/H1N1 virusu-"donuz qripi" sürətlə dünyanı caynağına almaqda davam edir. Artıq bu  xəstəlik dünyanın bütün qitələrinə yayılıb.
Modern.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən, dünya üzrə 415 minə yaxın təsdiq olunmuş "donuz qripi"li xəstə qeydə alınıb  və 5 min nəfər bu xəstəlikdən ölüb. İnsanlar arasında bu xəstəliklə bağlı əsas itkilər Amerika qitəsində yerləşən ölkələrin payına düşür. Bu regionda xəstələnənlərin 2,3%-i ölüb.
Avropa regionunda xəstələnmiş 63 min nəfərdən 261 nəfər (0,4%) ölüb.
Cari ilin iyul ayında Azərbaycan Respublikasında 2 nəfər xaricdən gətirilmə (Fransa və İngiltərə) A/H1N1 qripi xəstəsi kimi qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, donuz qripi"l qeydə alındığı gündən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirlər gücləndirilib.
Qrip xəstəliyinin diaqnostikası üçün müasir laboratoriya, xəstələrin müalicəsində zəruri olan  Ağciyər Xəstəlikləri institutunda mənfi təzyiqli bokslar təşkil edilmişdir.  A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasında PSR üsulu ilə laborator müayinələr aparılır.
Xəstəliyin müalicəsində istifadə olunan "oseltamivir" preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, artıq ABŞ, Cin, Avstraliya və bəzi digər ölkələrdə istehsal olunmuş pandemik vaksinlərə lisenziya verilib.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bəzi ölkələrə təmənnasız olaraq 300 milyon doza vaksin preparatlarının ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin paylanacaq. Pandemik qripə qarşı vaksinin birinci hissəsinin 2009-cu ilin noyabr ayında paylanması gözlənilir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi