Modern.az

İnternetdə 2 milyard istifadəçi qeydə alınıb

İnternetdə 2 milyard istifadəçi qeydə alınıb

18 Yanvar 2011, 14:53
2010-cu ilin iyun ayına olan vəziyyət üzrə dünyada internet istifadəçilərinin sayı 1,97 milyard olub. Bu göstəricinin 825,1 milyonu Asiya, 465,1 milyonu Avropa, 266,2 milyonu Şimali Amerika, 204,7 milyonu Latın Amerikası və Karib Hövzəsi, 110,9 milyonu Afrika, 63,2 milyonu Yaxın Şərq ölkələri və 21,3 milyonu Avstraliya və Okeaniya ölkələri istifadəçilərinin payına düşür.   
Bu rəqəmlər internet-statistika ilə məşğul olan "Pingdom" tədqiqat qrupunun “İnternet 2010 rəqəmlərdə” adlı hesabatında göstərilib.
Hesabatda qeyd olunur ki, cəmi Qlobal Şəbəkədə 255 milyon sayt fəaliyyət göstərir (2009-cu ilə nisbətən 21,4 milyon artıq).
"Pingdom" ekspertləri həmçinin elektron məktublaşmanı da hesablayıb. Belə ki, ötən ildə dünya üzrə 107 trilyona yaxın elektron məktub göndərilib ki, bunların böyük hissəsini spam məktubları təşkil edir.
2010-cu ildə orta hesabla gün ərzində 293 milyard elektron məktub göndərilib ki, bu göstəricinin 89 faizi arzuolunmaz reklam göndərişlərinin payına düşür.
Ümumiyyətlə isə "Pingdom"un məlumatına görə, Qlobal Şəbəkədə 2,9 milyard elektron poçt akkauntu (qeydiyyat yazısı) və 152 milyard bloq mövcuddur.
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir