Modern.az

Türkiyə səfirliyi Bakıda jurnalistləri bir araya gətirdi - FOTO

Türkiyə səfirliyi Bakıda jurnalistləri bir araya gətirdi - FOTO

21 İyun 2016, 10:55

Türkiyənin Azərbaycandakı səfirliyi ötən axşam bir sıra aparıcı KİV-lərin nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Modern.az saytı xəbər verir ki, jurnalistlərin dəvət olunduğu mərasimdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun və səfirliyin digər məsul şəxsləru iştirak ediblər.

İftar süfrəsi arxasında səfir jurnalistlərlə qeyri-rəsmi söhbətlər edib. İsmail Alper Coşkun Türkiyənin daxili və xarici siyasəti ilə bağlı mövcud vəziyyət, o cümlədən Türkiyə-Rusiya, Türkiyə-Suriya, Türkiyə-Azərbaycan münasibətləri barədə danışıb, Türkiyənin türk dünyasındakı hazırki mövqeyindən, eləcə də Türkiyənin Avropa Birliyinə daxil olma niyyətindən bəhs edib.


Sonda xatirə şəkli çəkdirilib. Jurnalistlər Azərbaycandakı diplomatik missiyasını başa vurmağa hazırlaşan sfir İsmail Alper Çoşkuna gələcək fəaliyyətində uğurlar arzulayıblar...


Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı