Modern.az

Prezidentlərin görüşündə 3 əsas MƏQAM

Prezidentlərin görüşündə 3 əsas MƏQAM

21 İyun 2016, 11:04

"Sankt-Peterburq şəhərində Dağlıq Qarabağ probleminin həlli üzrə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticəsi olaraq üç məqam diqqəti cəlb edir".

 

Modern.az-ın xəbərinə görə, bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşünü şərh edərkən deyib.

 

Deputat dünənki görüşün 3 əsas tərəfini vurğulayıb:

 

“1. Azərbaycan Prezidenti cənab İlham Əlliyev görüşdən əvvəl problemin həllində əsas məsələnin Ermənistanın Azərbaycan torpaqlarının işağlına son qoyulması olduğunu bildirdi.

 

2. Görüşün nəticəsi olaraq bir sıra məsələlərdə anlaşma əldə olunduğunu bəyan etdilər və növbəti görüşlərin də bu formatda ( üç ölkə prezidentinin iştirakı ilə) keçirilməsi barədə razılığa gəldilər.

 

3. Hər üç ölkənin xarici işlər nazirləri görüşdən razı qaldıqlarını bilidirdilər”.

 

Qeyd edək ki, ötən gün Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

 

Ağa AKİFOĞLU

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı